viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb - SİYAHI Adalet.az | Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb - SİYAHI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb - SİYAHI

8896    |   2019-06-12 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 13-ü və 14-də Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası keçiriləcək. İclasların gündəliyinə 15 məsələ daxil edilib.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.


Maraqlıdır, Milli Məclisin komitələrində müzakirə edilməmiş, yarımçıq qalan qanun layihələri varmı?

Modern.azsaytı bir neçə komitədən mövzuya münasibət öyrənməyə çalışıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadəyarımçıq qanun layihəsinin olmadığını deyib:

"Bizim komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Bir qayda olaraq dövlət başçısı tərəfindən gələn qanun, yaxud da qanuna dəyişikliklər layihəsidir ki, onu müzakirə edib parlamentə tövsiyə edirik. Daxil olan bütün layihələrə baxılır və parlamentə təqdim edirik. Bu gün bizim qovluğumuzda baxılmamış sənəd yoxdur”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəbildirib ki, yarımçıq qalan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq:

"İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsində "Lombard haqqında” qanun layihəsi yarımçıq qalacaq. Çünki növbəti plenar iclas zamanı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. İkinci oxunuşda müzakirəyə çıxarılması isə Milli Məclisin payız sessiyasına qalacaq”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovyarımçıq qanun layihəsinin olduğunu bildirib:

"Aqrar siyasət komitəsində elə ciddi yarımçıq qalan qanun layihəsi yoxdur. Sadəcə olaraq "Aqrar sığorta haqqında” qanun layihəsi var ki, onu bu günlərdə qəbul etməliyik. Bir neçə qanun layihəsi var ki, onun üzərində işləməliyik. Güman ki, həmin qanun layihələri payıza qalacaq”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyarımçıq qalan qanun layihəsini payıza sazladıqlarını söyləyib:

"Əmək və sosial siyasət komitəsində yarımçıq qalan qanun layihəsi var. Bu da "Turizm haqqında”qanun layihəsidir. Qanun layihəsi yarımçıq qaldı. Onu işləyib çatdıra bilmədik. Qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Aministrasiyası ilə müzakirə olunur. Daha təkmil və daha ciddi qanun layihələri üzərində iş gedir. Ona görə də tələsmirik. Biz qanun layihəsini payıza saxlayırıq”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həll edilməyən qanun layihələrinin payzı sessiyasına qaldığını bildirib:

"Bir neçə qanun layihəsi var ki, həll edilməyib. Qarşıda bir neçə plenar iclaslarımız var. Əgər qanun layihələri həll edilməsə, Milli Məclisin payız sessiyasına saxlanılacaq”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylidə yarımçıq qalan qanun layihəsindən danışıb:

"Elm və təhsil komitəsi "Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləriaparmağa başlayıb. Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevamövzu ilə bağlı öncədən danışmağın tez olduğunu deyib:

"Hələlik bizim komitəyə hansısa yarımçıq qalan qanun layihəsi daxil olmayıb. Çünki iyulun ortasına qədər Milli Məclisin növbədənkənar sessiyası davam edəcək. Öncədən nəsə deyə bilmərik. Ola bilsin ki, yarımçıq qalan da olsun”.



İmza:

Gömrük orqanları arasında əməkdaşlıq müzakirə edildi

Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlir

İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO

Prezident İlham Əliyev meksikalı həmkarını təbrik edib

MİRŞAHİN SƏRDAR CƏLALOĞLUNA SƏRT CAVAB VERDİ - VİDEO

Əli Əhmədov: "Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr..."

YAP bələdiyyə seçkilərinə hazırlıqlara start verib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri

Bahar Muradova: Ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir

Qarabağa qanunsuz gedənlərə çağırış: “Bu, təxribatdır”

Umud Mirzəyev: Hər beş gündə bir jurnalist öldürülür

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK