adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: MƏNİM DÜNYAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
45718 | 2019-06-14 09:55

Birbaşamövzuya keçirəm. Ona görə birbaşa mövzuya keçirəm ki, indi adamların səbridaralıb. O qədər kəmhövsələ olublar ki, sözü, cümləni sona qədər dinləməyə özlərindəgüc tapmırlar. Bax, elə mənim özüm də indiki anda, indiki məqamda çox danışıb,fikirlərimi şaxələndirib oxucunu yormaq istəmirəm. Onsuz da oxucuların indihansı durumda olduğuna yaxşı bələdəm və bilirəm ki, nə yazsam da, nə desəm dəancaq fikirlərin mübtəda-xəbərinə diqqət yetirəcəklər. Və beləcə, yalnız sözün,fikrin görünən tərəfinə qapı açıb, diqqət yetirib onunla da işlərini bitmişhesab edəcəklər. Mən isə belə istəmirəm!..

Bir dəki, kimdi mənim istəyimlə hesablaşan. Yaradan öz böyüklüyü ilə hər kəsi özünətabe edib, öz itaətinə, öz ayağına gətiribdi. İstər daxilində, qəlbində Tanrısevgisi olsun-olmasın, bəndə ən çıxılmaz durumda yenə qeyri-ixtiyari olaraqüzünü Tanrıya tutur. İçindən Tanrıya yalvarış, Tanrıya biət, Tanrıya kömək vəson güvənc hissi baş qaldırır. Bax, ona görə də mən tanıdığm-tanımadığımyaxın-uzaq adamların hamısının dünyasına bir addım yaxınlaşanda öncə fikirləşirəmki, onun içində Tanrı sevgisi var, yoxsa yox?! O adamla, o bəndə ilə ən azındanbir cərgədə yanaşı dayanmaq olar, yoxsa yox?!

İnsanınhərəkəti də, duruşu da, danışığıda, baxışı da, nəfəsi də, hətta qeyri-ixtiyarihərkətləri də onun içini səhifələməyə, iç dünyasına yol tapmağa imkan verən şərtlərdəndir.Bax, bu mənada dilində Tanrı adı, içində, əməlində naqislik olanların çox qısazamanda faş olması, açıqlanması, görünməsiheç də təsadüf deyil. Yəni hardasa bu dediyim fikir bir atalar sözünü yadıma salır. Müdriklər,ağıllı adamlar deyiblər ki, "dostunu göstər, sənin kim olduğunu deyim”.

İndi məndə sevincin, kədərin kim və yaxud nə olduğunu bilmək üçün hara və necə üztutacağımı düşünə-düşünə ağlımdan, ürəyimdən gəlib keçənləri öz-özüməpıçıldayıram. Kənardan baxan elə bilər ki, havalanmışam və yaxud da nəyisə təkrarlayıram. Amma yox! Əksinə, mən təkrardandaha çox yeniliyi qəfil və yaxud da gözlənilmədən baş verən, özünü təqdim edənqeyri-adilikləri çox sevirəm. Düşünürəm ki, hər gün yeni nəyisə görmək, hər güntəzə nəyinsə şahidi olmaq daha maraqlıdır. Çox təəssüf ki, mənim bu istəyimözünün parametrləri, forma və məzmunu ilə nə qədər yazdıqlarıma, diqtə etdikləriməuyğun gəlsə də, amma mahiyyət baxımından o qədər də ürəkaçan deyil. Çünki...

Tanıdığım,yaxından bələd olduğum, hətta bəzən özüm qədər dəyərləndirdiyim insanların Cənnətvə Cəhənnəm anlayışı ilə bağlı fikirlərini dinləyəndə, eşidəndə öz-özümə bufikir sahiblərinin məntiqlərinə bir az şübhəilə yanaşmışam. Ona görə ki, içərisində olduğum, yaşadığım reallığı xəyalla,lap elmi dildə desəm, fantaziya ilə eyniləşdirmək, müqayisə etmək, fərqləndirməkməni o qədər də razı salmayıbdı. Bu o demək deyil ki, mən ateistəm, Cənnətin vəyaxud da Cəhənnəmin mövcudluğuna şübhə ilə yanaşıram. Xeyr! Mən sadəcədurduğum, dayandığım yerin özünü görürəm. O yerə baxıb dəyər verməyə, qiymətləndirməyə,ifadə etməyə çalışıram. Və ən doğma adamlarımın belə Cənnət arzusuyla etdiyi hərəkətlər,atdığı addımlar mənə yapışmır. Mənə bir az kobud ifadə etsəm, heç nə vermir.Çünki bu, məqsədli, hesablanmış addım olur. Amma hər şeyin gözəli təbii olandı.Yəni Cənnətə getmək, cənnətməkan olmaq üçün gecə-gündüz ancaq məqsədli şəkildə,hesablanmış, düşünülmüş formada nələrisə etmək və ürəyinin, hisslərinin tələbinəqadağa qoymaq məncə doğru deyil. Və deməli, o addımı atanların istədiyi cənnətədüşəcəyi də mənə doğru gəlmir. Axı onlar özlərini o qədər istəklərdən, o qədərxoş anlardan, hətta sevgilərdən məhrum ediblər ki, Cənnətə düşsünlər!.. AncaqTanrı bütövlüyü, tamlığı dəyərləndirib və bizi buna yönəldibdi. Biz də Allah bəndəsiolaraq sevincimizdən, sevgimizdən kəsib Cənnətə düşmək yolunda guya mübarizəaparmağımız, yumuşaq desəm, divara atılan daş və yaxud da sabun köpüyüdü mənimüçün.

Kimsə vəyaxud da kimlərsə necə düşünür düşünsün, mənim cənnətim də, cəhənnəmim də içimdəolduğum andı – yaşadığımdı, yaşatdıqlarımdı!..

Bəli, buyazını bilgisayara diqtə etdiyim zaman çərçivəsində iki xəbərin ovqatınıyaşadım. Onlardan biri sevincli, necə deyərlər, mənim bir valideyn kimiovqatımı yüzə-yüz xoş anlar üzərində kökləyən xəbər idi. Nəfəs dərməmiş, o xəbərihələ ruhumun bütün nöqtələrinə çatdırmamış ikincisi özünü çaparaq yetirdi. Buda ailəmlə bağlı idi. Onun sızıltısı, onun acısı bir an öncə gələn xəbəri kölgələdi.Bax, mən onda cənnəti, cəhənnəmi yaşadım. Bax, mən onda Tanrının mənəyazdığınıı nədən ibarət olduğunu bir daha anladım. Və birmənalı şəkildə bildim ki, bir saat, birgün, bir ay, bir il və daha nə bilim hansısa zaman kəsiyində Cənnətin və ya Cəhənnəminməni gözlədiyini düşünmək mənim üçün absurddu. Çünki mənim cənnətim də, cəhənnəmimdəiçində olduğum andan ibarətdir.

Sizi deyəbilmərəm və sizin düşüncələrinizə də başqa bir nəzərlə baxmıram. Ona görə də özgerçəkliklərimin kölgəsində oturub öz Tanrıma üzümü tutub deyirəm:

- Nəyazmısan, nə vermisən, onu yaşamışam, onu yaşayıram. Və verdiyin ömür boyu dayaşamağa məhkumam. Bilirəm ki, yazdığın, verdiyin mənim haqqım, mənim qismətim,mənim taleyim, mənim bəxtimdi. Və bir də bilirəm ki, o yazdıqların, o verdiklərinelə mənim Cənnət və Cəhənnəmimdi. Kim şübhə edir, kim şəkk edir, kim inanc vəinam gətirir, bu onun öz işidir. Mənim bir bəndə olaraq şəksiz-şübhəsiz,inamlı-inancsız bildiyim Sənin yazdığın və mənim yaşadığım Cənnət və Cəhənnəmimdi!Kim istəyirsə, qapım onun üzünə açıqdır. Gəlsin, Cənnəti və Cəhənnəmi birlikdəyaşayaq!..

TƏQVİM / ARXİV