ANA SƏHİFƏ / DÜNYA

YAPONİYANIN BAŞ NAZİRİ İRANA GƏLİR

Atom bombasının dəhşətini görən Yaponiya bunun ikinci bir dövlətdə baş verməsini istəmir

4338    |   2019-06-12 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaponiyanın baş nazirinin 41 ildən sonra İrana ilk səfəri baş tutub. Baş nazir Sindzo Abenin İrana səfəri 12-14 iyun tarixləri arasında davam edəcək. «RİA Novosti»nin verdiyi xəbərə görə, Sindzo Abenin ziyarətinin əsl məqsədi Həsən Ruhani ilə görüş və iyun ayında Osaka şəhərində keçiriləcək «20»-lərin sammitinə mənəvi lider Ayətullah Əli Xameneini dəvət edərək ABŞ prezidenti Donald Trump ilə görüşünü təşkil etməkdir.

"Maksimum hədəf İranda razılıq əldə etmək və İranın mənəvi lideri Ayətullah Əli Xameneini G20 zirvəsi çərçivəsində Yaponiyaya gətirməkdir. Əgər Tramp ilə onun görüşünün təşkili baş tutsa bu, ən əhəmiyyətli siyasi hadisə olacaq"- deyə bildirilib.

Səfər öncəsi hava limanında jurnalistlərlə danışan yaponiyalı baş nazir Yaxın Şərqdə qərginliyin artmasından narahat olduğunu bildirərək bu gərginliyin azaldılmasına yardım etmək üçün İran və ABŞ arasında vasitəçi rolu oynamaq niyyətində olduğunu nəzərə çatdırıb: ""Yaponiya mümkün qədər sülh və sabitlik üçün öz rolunu yerinə yetirməyi planlaşdırır. Burada sülhün və stabilliyin bərqərar olunması üçün əlimdən gələni edəcəyəm”.

Yaponiyanın vasitəçiliyini ABŞ lideri birmənalı qarşılamayıb:

"Tehranın bu rəhbərliklə yenidən böyük ölkə olmaq şansı var. Biz rejimi dəyişməyə can atmırıq. Mən istəyirəm ki, bu, aydın olsun. Biz buna çalışırıq ki, nüvə silahı olmasın. Mən düşünürəm ki, İranın böyük iqtisadi potensialı var və onların bunu sərgiləyə biləcəyi duruma qayıdacağımızı səbirsizliklə gözləyirəm”.Belə bir durumda Tehrana qarşı yeni sanksiyalar tətbiq etmək Abenin missiyasını pozmağa yönəlmiş olardı. Öz növbəsində Trampın bu münasibətinəİranın reaksiyası gecikməyib. Zərif bildirib ki, "ABŞ prezidentinin sözləri deyil, yalnız işi onun gerçək niyyətlərini göstərir”.

Bu da Tehranın Yaponiya baş nazirinin vasitəçilik səylərini qəbul etməyə hazır olduğu kimi qavranılır.

Gözlənildiyikimi, danışıqlar zamanı İranın nüvə proqramına dair razılaşmanın qüvvədə qalması məsələsilə yanaşı Tehran-Tokio əlaqələrinin inkişafı da müzakirə olunacaq.

MEHRİBAN




İmza:
SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK