adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyun 2019 08:27
13910
GÜNDƏM
A- A+

MİLLƏT FAZİL MUSTAFA DEYİR

«Sabahdan bəri hesabladım ki, 14 jurnalistin telefon zənginə cavab vermişəm. Maraqlıdır ki, hamısı da futbolumuzun vəziyyəti barədə fikirlərimi soruşur. Cavablandırsam da, bir məsələ qaranlıq qaldı: bu jurnalist dostlarımız deyəsən, hamısı mənim peşəkar futbolçu olduğumu düşünürlər. Bəlkə elə baş məşqçiliyə iddiamı ortaya qoyum?»

Fazil bəy, qəbul elə baş məşqçiliyi. Mənə də on zəng olub futbolla bağlı, day telefonu açmıram. Məni də özünə köməkçi götür. Və qətiyyətlə deyirəm ki, sən də, mən də Yurçeviçdən daha gözəl komanda yarada bilərik. Bilirəm, sənin pirlərdən xoşun gəlmir, amma mən pirlərə gedirəm, hansı pirə istəyirsən and içim, düz sözümdü.