adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2019 10:30
12797
SİYASƏT
A- A+

Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirilir

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, görüş Qəbələ şəhərində baş tutub.

Hər üç ölkənin naziri Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib.

İlk olaraq Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi, Azərbaycan və Gürcüstan Müdafiənazirlikləri arasında, həmçinin, Gürcüstan və Türkiyə Müdafiə Nazirliyi arasında ikitərəfli görüşlər keçirib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın Müdafiə Nazirliyi arasında hərbi sahədə olan münasibətlər müzakirə olunub.

Bundan əlavə, hər iki nazirlik arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Görüş üçtərəfli formatda davam etdiriləcək.