AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ
Ötən axşam Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra "Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.
Xatırladaq ki,Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazına səbəb olub. Belə ki, ötən axşam "Bakcell Arena”da keçirilən oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı "İstefa!" şüarı səsləndiriblər.
Azərbaycan millisi Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutur.(modern.az)
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03