adalet.az header logo
  • Bakı 13°C
12 Iyun 2019 11:32
8259
MƏMLƏKƏT
A- A+

DİQQƏT! Bu yolda rəngləmə işləri aparılır

Bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Analoji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.