adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Iyun 2019 11:02
6522
HADİSƏ
A- A+

Bakıda “BMW” dirəyə çırpıldı - sürücü öldü

Bakı şəhərinin Səbail rayonunda "BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumatda bildirilib.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.