adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyun 2019 13:55
17085
SİYASƏT
A- A+

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

Adalet.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulandı, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirildi.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.