adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Iyun 2019 12:53
8717
GÜNDƏM
A- A+

Bu metrostansiya avqustda istifadəyə veriləcək

"Bakı Metropoliteni"nin Xətai stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

Bunu "Bakı Metropoliteni”ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

"Artıq stansiyada yeni eskalatorların quraşdırılması baş çatıb. Biz çalışırıq ki, "Xətai” stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.