Şenol Günəşdən islandlara sərt cavab: “İki məmurun etdiyi tərbiyəsizlik...”
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə oyun öncəsi Reykyavikdə hava limanında iki saatdan çox pasport yoxlanışında gözləmələrinə münasibət bildirib.
Adalet.az Qol.az-a istinadən xəbər verir ki, o, matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:
"İslandiya Avropa və dünya çempionatında rəğbət qazandı. Hər millətin olduğu kimi onların da böyük hekayələri var. Mən 43 il əvvəl - 1976-cı ildə bura gəlmişdim. Meydan eyni ola bilər, amma şəhər çox dəyişib, böyüyüb, ancaq görünən odur ki, beyinlər kiçilib. Çox gözəl ölkə idi, havası təmiz, soyuq idi, amma insanları istiqanlı və səmimi idi. İslandiya ağlımda həmişə yaxşı izlər buraxmışdı, ancaq indi elə deyil. Bir çox islandiyalı oyunçu Türkiyədə oynayır, biz nə istəyirik? İki məmurun etdiyi tərbiyəsizliyimi, danışacağıq? 53 ildir futbolun içindəyəm. Bu dediyimiz gömrük deyil. Məmur pasportumu alıb, mənə yelləyir. Kremləri, ətirləri ,telefonları yoxlayır. Burada insani dəyərlərin yüksək olduğunu düşünürdük, kiçiltdinizmi bunu? Biz böyük ölkəyik, kiçik işlərlə məşğul ola bilmərik. Bu söhbəti bağlayıram".
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03