adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ZİRVƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
43991 | 2019-06-11 12:36

Tam səmimi deyəcəm. Mənə təqdim edilmiş kitablar arasında tək-tək nəşrnümunələri var ki, onları oxuyanda arxada qalan 60 illik ömür yolum gözümünönündən gəlib keçir. Sanki oxuduğum kitablarla birlikdə mən də 60 il üzü o biritərəfə, yəni keçib gəldiyim ünvanlara doğru yol gedirəm. Bax, bu mənada barəsindəfikirlərimi bölüşəcəyim "Zirvə” də mənim üçün çox önəmlidir. Hətta deyərdim ki,bir istisna təşkil edir. Ona görə ki, həm kitabın müəllifi, həm onun barəsindəyazdığı məqamlar, hadisələr, təsvir və tərənnüm etdiyi coğrafi məkanlar,oxucuya yenidən tanıtdırdığı şəxsiyyətlər mənim üçün həm tanış üzlər, tanışisimlər, tanış ünvanlardı, həm də onların bir çoxu barəsində mən də zamanındagörüşmək üçün, yaxından tanımaq üçün içimdə arzular yaşatmışam, xəyallarqurmuşam. Bir az kədərli olsa da, o adamlarla əlaqə qurmaq, o adamlarım əlinisıxmaq mənə nəsib olmasa da, amma kənardan görmək, çıxışlarını dinləmək,yazılarını oxumaq bəxtimə düşən xoş anlardandır...

Bəli, barəsində fikirlərimi bölüşməyə hazırlaşdığım bu kitablabaş-başa qaldığım 15 gün ərzində mən obrazlı desəm, Bakıdan çıxıb getmişdim. Yənimən artıq bu şəhərdə deyildim. O kitabın səhifələri arasında olan Qarabağdaidim – Cəbrayılda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Şuşada, bir sözlə,indi həsrətindən qovrulduğum yerlərdə. Kitabın müəllifi Cəbrayıl rayonundadoğulduğundan, burada orta məktəbi oxuduğundan özünün yazdığı kimi, quzu otarıbtəndir yandırmaq üçün çırpı yığdığından müəllif qələmindən Qarabağ leksikonu,Qarabağ folkloru, Qarabağ havası süzülür. Ovuc-ovuc içmək və içdikcə də "oxqay”demədən çinar bulağının özünü və çinarını da qucaqlamaq dəliliyi keçir adamıniçindən bu məqamda. Özü də oxucu ruhunahopan təsvirlər yığcamlığıyla, konkretliyiylə bir az da cəlbedici olur.Yəni fikir dərhal adama çatır. Daha mübtədası, xəbəri bir-birindən uzaq düşənuzun-uzadı cümlələrin girovuna çevrilmirsən. Elə ilk sözdən mətləbi görməyəbaşlayırsan. Və bir də başını qaldıranda hiss edirsən ki, vərəqlər necə sürətləçevrilir, sən necə haldan-hala düşürsən...


İndi gəlirəm kitabın müəllifinə... Azərbaycanın tanınmışaydınlarından biri olan, yazıçı-publisist, ictimai-siyasi xadim Yasif Nəsirlibarəsində hələ orta məktəb illərindən az-çox məlumatlı idim və onu da bilirdimki, Yasif müəllim Qarabağlıdı. Üstəlik, onu da öyrənmişdim ki, xeyirxahlığı iləseçilən bu insan əslində ölkənin ən qapalı və ən nüfuzlu olan təhlükəsizlikidarəsində işləyir. Və açığını deyim ki, onun ilk mütaliə etdiyi əsərlərininmövzuları, orada qaldırılan məsələlər hərdən məni təəccübləndirirdi. Axı təhlükəsizlik komitəsindəçalışan bir adamın sosial, ictimai, xüsusilə insani və hətta bəşəri duyğularolan sevgini bu qədər çılpaqlıqla bədiimüstəviyə gətirmək mənə bir növü möcüzə, Allah vergisi kimi görünürdü.


Bakıda ali məktəbdə oxuyanda, sonra əmək fəaliyyətimlə bağlı müxtəliftədbirlərdə Yasif müəllimi yaxından görmək, onun söhbətlərini, çıxışlarını dinləməkmənə nəsib oldu. Hətta Dağlıq Qarabağda Təşkilat Komitəsində işlədiyi o ağırzamanlarda da mənə onu müşahidə etmək nəsib oldu. Onu bir az da yaxındangördüm, bir az da yaxından tanıdım. Ancaq bu böyük insanın, bu dəyərliziyalının iç dünyasını tanımaq mənə məhz "Zirvə”nin hesabına nəsib oldu. Mən bu kitabı oxuduqcaYasif müəllimlə sanki bir kənddə əl-ələ tutub onun gəzib gördüyü yerləri mən də gəzib dolaşmağa başladım. Onun oxuduğuməktəbləri oxudum, onun Moskva həyatını mən də öz həyatıma çevirdim. Onun UluÖndərlə təmasının izləyicisi, general Məhəmməd Əsədovla dostluğunun böyükyazıçı-tənqidçi, özünəməxsus xarakteri olan Qulu Xəlilovla doğmalığının,Moskvada yaşayan yazıçımız Çingiz Hüseynovla, xalq şairi Qabillə, SSRİ-nin ilkkosmonavtı Yuri Qaqarinlə, Kamran Bağırovla, Əbdürrəhman Vəzirovla, Ayaz Mütəllibovla,Həsən Həsənovla, Səməd Vurğun, Rəsul Rza, Əli Vəliyev, Süleyman Rəhimov, BəxtiyarVahabzadə, Əliağa Kürçaylı, Cabir Novruz, Aşıq Pənah... adlarını çəkmədiyimdaha neçə-neçə aydınlarımızla əlaqələrinin, görüşlərinin şahidi oldum. İnanınki, bu kitabda mən elə məqamlara, elə faktlara rast gəldim ki, onları nə kimsədəneşitmişdim,nə də hardasa oxumuşdum. Məsələn, rəhmətlik Əbülfəz Elçibəyin həyatıilə bağlı bu kitabda yer almış bir məqam mənə xüsusilə təsir etdi. Yasif Nəsirlidövlət təhlükəsizlik orqanının bir əməkdaşı kimi heç nədən çəkinmədən ƏbülfəzElçibəyi öz doğmaları, yəni anası və qardaşı ilə görüşünü təşkil etməyi, onun həbsdənazad edilməsi üçün Əbülfəz Elçibəyin anasının adından özünün müraciət yazıbanaya qol çəkdirməsini... eləcə də digər yazıçılarımız, şairlərimizlə təmasları,onların həyatlarında orijinal məqamları bu xatirə romanda qələmə alması çox təqdirəlayiqbir haldır. Mən ədiblərimiz Mirzə İbrahimov, Siruz Təbrizli, Cəlal Abdullayev,Mir Cəlal Paşayev, şairlərimiz Əhəd Muxtar, Hüseyn Arif, Nəriman Həsənzadə, elmxadimlərimiz Şamil Qurbanov, Tofiq Hacıyev, Məmməd Məmmədov... bir-birindənmaraqlı, bir-brindən dəyərli neçə-neçə aydınlarımız bu kitabda bir araya gətirilib.Onları ömrün zirvəsinə doğru cəsarətlə, həm də torpağını, xalqını sevə-sevə,necə deyərlər, gözünü qırpmadan, heç nədən çəkinmədən gedən və bizə "Zirvə”ni hədiyyəedən Vasif Nəsirli yenidən təqdim edim, özü də orijinal şəkildə. Bu orijinalsözünü ona görə xüsusi vurğulayıram ki, "Zirvə” də hadisələrə münasibət son dərəcədəqiq ifadə olunub. Yəni bu işdə Yasif müəllimə istedadı, yazıçılığı iləyanaşı, dövlət təhlükəsizlik orqanında işləməsi də zənnimcə çox kömək edibdi. Ohəm məlumatların hazırlanmasında, onların çözümündə iştirak edib. Ona görə də qələməaldığı "Zirvə” də bütün fikirlər nöqtə-vergülünə qədər reallığın ifadəsinəçevrilibdi.

Mən qısa zamanda oxuyub başa çıxdığım "Zirvə”ni mənə hədiyyə edən dəyərliziyalımız, tanınmış yazıçı-publisist, tərcüməçi, dramaturq, ictimai-siyasixadim, alim Yasif Nəsirliyə içdən gələn bir təşəkkürü ifadə etməyi özümə bir borc bilirəm. Və üstəlik,Yasif müəllimin kitaba yazdığı aftoqrafdavurğuladığı "Qələm dostum Əbülfət Mədətoğluna” sözləri mənə verilən ən dəyərli mükafatlardan biridir. Çünki YasifNəsirli kimi bir mükəmməl, həyatı görən və öyrədən kişinin dostu olmaq həqiqətənşərəfdi!

Bax, elə mən də Yasif Nəsirlinin aftoqrafda vurğuladığı mövqedənçıxış edərək ona bu "Zirvə”sinə mübarəkolsun! – deyirəm. İnanıram ki, "Zirvə”bi oxuyanlar bu kitabı həmişə gözlərininönündə saxlayacaqlar. Çünki bu kitabda görüb-götürməli çox şeylər var!.. Sağolun Yasif müəllim, bir daha "Zirvə”niz mübarək!


TƏQVİM / ARXİV