viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Polis olmaq istəyənlərin DİQQƏTİNƏ! Adalet.az | Polis olmaq istəyənlərin DİQQƏTİNƏ! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Polis olmaq istəyənlərin DİQQƏTİNƏ!

4425    |   2019-06-11 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında "İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsil üzrə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.

Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsabiqədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində l ixtisas qrupu üzrə keçirilmiş imtahanda 350 və daha yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından oğlanlar iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin iyul çağırışında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Sənədlərin qəbulu 2019-cu il iyun ayının 28-dək hər gün (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Daxili İşlər Nazirliyinin inzibati binasında həyata keçirilir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayışı və ya tam orta təhsil haqqında sənəd (attestat);

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).


Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-92-48 (daxili 12-48)


İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.


Abituriyentlər DİN-in Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış – 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılıb endirilməsi – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə).


Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.


Seçmə komissiyalarının iş vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcəkdir.


Daxili İşlər Nazirliyi tərəfindən keçirilən sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir və birinci mərhələdə buraxılış imtahanı fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə keçirilmiş test imtahanlarının nəticələrinə əsasən kursantlar seçilir.


İkinci mərhələnin ikinci imtahanının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmişdir. Abituriyentlər bu məqsədlə Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.


DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2019-cu il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 16 sentyabrda başlamaqla tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.


Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.


Məzunlara "XTB050615 – informasiya təhlükəsizliyi” ixtisası, "polis leytenantı” xüsusi və "ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə, onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.



İmza:

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Dünyada ədaləti ölməyə qoymayın

Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Sabah məktəblərdə ilk dərsin mövzusu bu olacaq...

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib

İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları necə təmin edilməlidir

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Piyadalara qarşı cərimələri yol polisi yazacaq - Rəsmi

SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK