adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – 80 il

46453 | 2019-06-11 11:32

Hər bir ölkənin ədəbiyyatı onun millətinin mədəni dəyərləri, ictimai şüuru və ədəbi düşüncəsinin formalaşmasında böyük təsir gücünə malikdir. Azərbaycanədəbiyyatı da qədim dövrdən bugünədək keşməkeşli yol keçmiş, şair vəyazıçılarımız yaratdığı əsərlərlə dünya ədəbiyyatına mühüm töhfələr vermişdir.ÖlkəmizdəAzərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yaradıcılığı, dəyərliəsərlərinə dair yüzlərlə məqalə, kitab və monoqrafiyalar yazılmışdır. Lakin Azərbaycanxalqınınyazıçı və şairlərimizin əsərlərinin orijinal nüsxələri, heykəltaraşlıq və tətbiqi sənətnümunələri ilə əyani şəkildə tanış olmaq kimi bir şansı var. Söhbət Bakınınmərkəzində yerləşən, əsrarəngiz gözəlliyi ilə insanların diqqətini cəlb edən AMEA-nınMilli Azərbaycan Ədəbiyatı Muzeyindən (MAƏM) gedir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adınıdaşıyan bu muzeyin eyvanında Azərbaycanın 6 görkəmli söz ustadının – Füzulinin,Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəmheykəlləri ucaldılıb.Cari ildə bu möhtəşəm muzeyin əsasının qoyulmasından 80 ilötür...

Bir qədərmuzeyinyerləşdiyi məkanın tarixinə nəzər salaq. 1850-ci ildə qədim İçəri şəhəri əhatəedən Qala divarları yaxınlığında inşa edilmiş birmərtəbəli karvansarayasonradan ikinci mərtəbə də əlavə olunur. 1915-ci ildə binanın yeni sahibi Azərbaycanmilyonçusu Hacı Hacıağa Dadaşovun istəyi ilə bina "Metropol” mehmanxanasınaçevrilir. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının NazirlərKabineti məhz bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə edir.1920-1930-cu illərdə bina Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına verilir. BöyükAzərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsindəbinanınN.Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi ilə bağlı qərarqəbul olunur. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda yenidənişlənilir.

Qonaqlarışair və yazıçılarımızın zəngin ədəbi irsi ilə tanış etmək, onlara müxtəlif ekspoziyalar,tarixi sənədlər, arxiv materialları, yazıçıların xatirə əşyaları və s. təqdimetməklə müəyyən dövr haqqında canlı təsəvvür yaratmaq muzeyin əsasmissiyasıdır. Burada Azərbaycan xalqının tarixinin əsas məqamları, onun abidələrivə dahi şair Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olmaq mümkündür.Hər gün bu sehirli məkanıgörkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr,məktəblilər də daxil olmaqla onlarla insan ziyarət edir. Müasir Azərbaycan ədəbiyyatınıəks etdirən ekspozisiya zalı, portretlər, tablolar, illustrasiyalar,tamaşaçıların böyük marağına səbəb olur. Muzeyi gəzdikdən sonra qonaqlar "Rəykitab”ında öz təəssüratlarını bölüşürlər. Türk dünyasının böyük şairi NazimHikmət 1959-cu ildə Muzeyi ziyarət etdikdən sonra rəy kitabına bu sözləriyazmış, öz vətənində də belə bir söz sarayının yaradılmasını diləmişdir: "Sağolun, qardaşlar! Diləyim, Sizin Ədəbiyyat muzeyinizin baş ziyarətçiləri bizimyazarlar və bilginlər olsun. Bizim açacağımız Ədəbiyyat muzeyində sizinkilərdolaşsın.”

Muzeyin dünya standartlarına cavab verən, tamkompüterləşdirilmiş, innovativ texnologiyalarla zənginləşdirilmiş ekspozisiyasındaAzərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapmışdır. Buradanümayiş olunan qədim əlyazmalar, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri,xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları,numizmatika nümunələri, sənədli foto-şəkillər qonaqların diqqətini cəlb edəneksponatlardır. Yenilənmiş ekspozisiyada monitorlar vasitəsilə ziyarətçilər qiymətliaudio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər,görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də tanınmış aktyorlarınifasında poeziya nümunələri ilə tanış olmaq imkanına malikdirlər.

Nizami Muzeyininrəhbərliyi başda olmaqla, burada fəaliyyət göstərən alim və tədqiqatçılar bu unikalməkanın daha da zənginləşdirilməsi məqsədilə mütəmadi olaraq bədii materiallartoplayır, onları tədqiq edir, elmi və publisistikəsərlər ortaya qoyurlar.

Muzeyson dövrlərdəbeynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də ciddi tədbirlər görür.Burada fəaliyyət göstərən Beynəlxalq əlaqələr və dünya muzeylərişöbəsi muzeyinelm və mədəniyyət sahəsində yaradılan əməkdaşlıq sazişlərinin bağlanması,beynəlxalq konfransların və tədbirlərin keçirilməsi işlərini təşkil edir.Həmçinin muzeyin əməkdaşlarının beynəlxalq təşkilatların iclasları, konfrans,simpozium, seminar, ixtisasartırma kurslarında iştirakını təmin edir.

Bir xalqınədəbiyyat tarixini tam əks etdirən yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəsbina hazırda akademikRafael Hüseynovun rəhbərliyiilə öz fəaliyyətini uğurla davam etdirir. Muzey Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinintəbliğatçısı olmaq kimi şərəfli bir missiyanı həyata keçirir. Burada ədəbiyyattarixinin görkəmli simaları və parlaq ədəbi nümunələr haqqında süjetlər,filmlər hazırlanır, ölkənin orta və ali məktəbləri ilə sıx əməkdaşlıq həyatakeçirilir, ədəbi təhlillər əsasında araşdırmalar aparılır.

nizamimuseum.az saytı vasitəsilə muzeyin fəaliyyəti, gördüyü işlər, burada baş tutantədbirlər, xatirə gecələri və s. geniş şəkildə işıqlandırılır. İctimaiyyətləəlaqələr və mətbuatşöbəsimuzeyin cəmiyyətlə əlaqələrini təşkil edir, müsahibələr,çıxışlar hazırlayır, müvafiq məlumatları ictimaiyyətə çatdırır.

80-ci ildir ki,ədəbiyyatsevərlərin, Azərbaycan mədəniyyəti və tarixinə dəyər verənlərin,yaşından və peşəsindən asılı olmayaraq minlərlə insanınmüqəddəs ziyarətməkanına çevrilən Nizami Muzeyi bu ölkənin milli sərvətidir. İnanırıq ki,xalqımızhər daşında tarix yatan bu sərvəti həmişə qoruyub saxlayacaq, onu daha dazənginləşdirərək, inkişaf etdirərək gələcək nəsillərə ötürmək üçün əlindəngələni edəcək.

Nərgiz Qəhrəmanova

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektroninformasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,dissertant


TƏQVİM / ARXİV