adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyun 2019 10:34
14124
SİYASƏT
A- A+

Sabah Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçiriləcək

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.