adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyun 2019 17:58
27773
İDMAN
A- A+

"Bu mövsüm üç titul qazanmışam, daha nə etməliyəm?!" - Ronaldo

"Portuqaliya millisi Avropa çempionu olduğumuz 2016-cı ildən bu yanayaxşı çıxış edir. İndi isə Millətlər Liqasının qalibi olduq. Yığmada oynamaqdan həzz alıram. Milli komanda ilə titul qazanmaq çox vacibdir".

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo deyib. UEFA Millətlər Liqasındakı zəfəri şər edən 34 yaşlı superulduz qazanılan uğurda azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:

"Hər şey möhtəşəm idi. Azarkeşlər Hollandiya ilə matçda mənə və komandaya çox kömək etdi. Oyundan öncə hər hansı hədəfim yox idi. Çünki özümü yaxşı hiss edirəm. Mən gənclərə, onlar isə mənə kömək etməyə çalışır. Bu, ideal birlikdir".

Jurnalistlərin "Özünüzü "Qızıl top" mükafatına layiq sayırsınızmı" sualına isə Ronaldo bu cür cavab verib: "Bu mövsüm 3 titul qazanmışam, həmişəki kimi hər şey qaydasındadır. Elə bir mövsüm olmayıb ki, pis oynayım. Bu dəfəki də istisna deyil. Son 16 ilin statistikası hər şeyi deyir. Daha nə etməliyəm?! "Qızıl top" məsələsinə gəlincə, buna layiq olub-olmadığımı mən yox, işimə qiymət verənlər deyə bilərlər".

Qeyd edək ki, dünən Millətlər Liqasının A divizionun qrup qalibləri arasında keçirilən "Dördlər finalı"nın həlledici oyununda Hollandiya millisinə 1:0 hesabı ilə qalib gələn Portuqaliya seçməsi ilk dəfə təşkil olunan turnirdə çempion olub.