Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | FUTBOLUN KLASSİKİ Adalet.az | FUTBOLUN KLASSİKİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

FUTBOLUN KLASSİKİ

20911    |   2019-06-10 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İngilis futbolçusu Bobbi Mur XX əsrin yığma komandasının müdafiə xəttində yer alanlardan biridir. 1966-cı ildə keçirilən VIII dünya çempionatında "Qızıl İlahə” kubokunu qazanan İngiltərə milli komandasının kapitanı, azarkeşlərin sevimlisi olmuş Mur texnikalı, eyni zamanda, soyuqqanlı və düşüncəli, geniş diapa­zonda oyun nümayiş etdirən futbolçu idi.

Tərcümeyi-halı

Mur Robert (Bobbi) I941-ci il apre­lin 17-də anadan olub. "Vest Hem Yunayted” klubunun mərkəz müdafiəçisi olan Mur 1962-1970-ci illər ərzində İn­giltərə yığmasının heyətində 108 matç­da iştirak edib. Milli komandanın ən gənc kapitanı (22 yaşında) olan Bobbi Mur 1962, 1966 və 1970-ci illərdə dün­ya birinciliklərində çıxış edib. 1966-cı ildə dünya çempionu adını alan kapitan Bobbi Mur Bobbi Çarltonla birlikdə tur­nirin ən yaxşı futbolçusu olub. 1968-ci il Avropa çempionatının bürünc mükafat­çısıdır. O, 1964-cü ildə İngiltərənin ən yaxşı futbolçusu, 1966-cı ildə isə ilin ən yaxşı idmançısı seçilib. "Vest Hem" klubundan əlavə, "Fülhem” (İngiltərə), "San Antonio Tander” və "Sieltl un- ders” (ABŞ) klublarında da oynayıb.

"Vest Hem” klubunda daha böyük uğurlar qazanan Mur İngiltərə kuboku­nun və Avropa Kuboklar kubokunun sa­hibidir. Dünya Kubokunu FİFA rəsmilərindən qəbul etmiş yeganə ingilis futbolçusu olan Bobbi Mur 1993-cü ildə xərçəng xəstəliyindən vəfat edib.

İngilislər köhnə ənənələri sevirlər

1963-cü ildə milli komandaya rəh­bər təyin edilən Alf Ramsey iki il 4+2+4 taktiki sistemini sınaqdan keçir­di. Hazırlığın son mərhələsində isə o gözlənilmədən 4+3+3 və 4+4+2 siste­mindən istifadə etməyi qərara aldı.

A. Ramsey yeni taktiki sistemində ingilislər üçün ənənəvi olan atletizm və sürəti məharətlə birləşdirə bildi. Onun bu ideyalarını həyata keçirən futbolçu­ları maşın mexanizminin detalları hesab etmək olmaz. Yaxşı məlumdur ki, ingi­lislərin əksəriyyəti mühafizəkardır və köhnə ənənələri qoruyub saxlamağa üstünlük verir. Məşqçinin dubl-ve siste­mindən imtina etməsi çoxlarını narazı salmışdı. Buna görə də o, tənqid və təz­yiqlərə məruz qalırdı. Deyilənlərə səbrlə dözən Ramsey sonda doğru möv­qe tutduğunu sübut etdi.

Alf Ramsey çox tələbkar məşqçi və bir qədər də sərt xasiyyətli adam idi. Buna baxmayaraq, futbolçuların ser Ramseyə hörmətlə yanaşmaları şübhə doğrutmurdu. Bu münasibəti komandanın kapitanı Bobbi Murun və Bobbi Çaritonun timsalında görmək olardı. Kapitan və veteran futbolçu yığmanın aparıcı qüvvəsi idilər. Məşqçinin verdi­yi tapşırıqları axıra kimi yerinə yetirən, hər bir hərəkəti şahmatçı kimi düşünə­rək icra edən bu iki futbolçu qələbənin qazanılmasında mühüm rol oynadılar. 1963-cü ildə Britaniya futbolunun 100 illiyini qeyd edən "Dumanlı Albion” öl­kəsinin futbol federasiya rəsmiləri yığ­ma komandanın 1966-cı ildə futbol tacı­nın əldə etməsi üçün var qüvvə ilə çalı­şırdılar. Təşkilati məsələləri vaxtında həll etmək, problemləri aradan qaldır­maq, çempionatı axıra kimi qüsursuz başa vurmaq məsuliyyəti məmurların da üzərində böyük öhdəlik qoyurdu.

İlk matçlar çətin keçdi

İngiltərə milli komandasını qələbə­yə aparan yol heç də asan olmadı. Uruqvay komandası ilə start matçı uğur gətirmədi. Cənubi amerikalıların müda­fiəyə böyük qüvvə toplaması ingilis hü­cumçularının qol vurmaq şansını heçə endirdi. Meksika və Fransa yığma ko­mandaları üzərində 2:0 hesabı ilə qaza­nılan qələbə inamlı deyildi. Dörddəbir finalda İngiltərə - Argentina qarşılaş­ması böyük qalmaqal, dava-dalaş və qo­naqların kapitanı Antonio Rattinin mey­dandan qovulması ilə nəticələndi. Az­lıqda qalmış argentinalılar 75-ci dəqi­qəyədək öz qapılarını qoruya bildilər. Həmin dəqiqədə ingilis hücumçusu Ceffri Herst tullanaraq, havaya qaldırılan topu baş zərbəsi ilə rəqib qapısın­dan keçirdi. Beləliklə, futbolçuların kobudluğu və Argentina komandasının 10 dəqiqəlik "tətili” ilə yadda qalan matç meydan sahiblərini yarımfinala çıxartdı.

Kapitan səfərbəredici qüvvədir

Bobbi Mur milli komandanın kapi­tanı, onun lideri və rəhbəri idi. Lider isə mahir futbolçu olmaqla bərabər, həm də çətin anlarda məsuliyyəti öz üzərinə götürməyi, yoldaşlarının oyununa nəza­rət etməyi, onların səhvlərini düzəltmə­yi, komandanı kritik vəziyyətlərdən çıxarmağı bacarmalıdır. Kapitan Murda bu keyfiyyətlərin hamısı var idi. İngil­tərə millisinin oyununu izləyənlər tək­cə Murun yox, həm də Bobbi Çarltonun meydanda lider olmasına şübhə etmir­dilər. Bunun üçün mütləq kapitan sarğı­sı bağlamaq vacib deyil. B. Çarlton da Mur kimi kollektivdə böyük nüfuz sahi­bi idi. B.Murun soyuqqanlığı, ən təhlü­kəli məqamlarda özünü itirməməsi və düzgün qərarlar qəbul etməsi hamıda əminlik yaradırdı ki, ingilislərin "kəşf etdikləri" futbol oyunu mərd və cəsur kişilərin oyunudur. O, ədəbi tənqidçilə­rin dediyi kimi tipikləşdirilmiş və ümu­miləşdirilmiş ingilis obrazıdır. Bəli,Mur əsl klassik müdafiəçi idi.

Matçın qəhrəmanı fransalı hakim oldu

Oyundan - oyuna hücumların kəsə­rini artıran, xətlər arasındakı əlaqələri gücləndirən və oyun intizamını möh­kəmlədən İngiltərə futbolçuları Portu­qaliya yığması ilə yarımfinal görüşündə istedadlarını tam parlaqlığı ilə göstərdi­lər. Öz qapısının təhlükəsizliyini təmin edən Ramseyin yetirmələri tez-tez hü­cuma qoşulurdular. Mur və sağ kənar müdafiəçisi Koen ardıcıl olaraq irəli atı­lırdılar. Xant və Herst rəqibin cərimə meydançasına yaxın mövqe tuturdular. Hücumda ikinci eşelon yaratmış Temza sahilindən olan futbolçuların - Çarlton, Piters və Bollun uzaq məsafədən vur­duqları zərbələr, diaqonal ötürmələr və təhlükəli sıçrayışları rəqib müdafiəçilə­rini 90 dəqiqə həyəcan altında saxladı. 2:1 hesabı ilə qalib gələn İngiltərə yığ­ması finala çıxdı. İki top Bobbi Çarltonun hesabına yazıldı. Cavab topunu 82- ci dəqiqədə Eysebio 11 metrlik cərimə zərbəsi ilə vurdu. Tamaşaçılar bu oyun­dan böyük zövq aldılar. Matç gərgin keçsə də, qayda pozuntusuna nadir hal­larda yol verilirdi. Fransalı hakim R. Şvinte oyunu yüksək səviyyədə idarə etdi.

Həlledici final görüşü

Mayın 30-da Londonun "Uembli” stadionunda İngiltərə - AFR komanda­ları arasında keçirilən final matçı illər ötməsinə baxmayaraq, öz dramatik mə­qamları ilə onu izləyənlərin hafizəsin­də qalmaqdadır. Komandaların taktiki düzülüşü, futbolçuların ustalığı çempio­natdan sonra xeyli müddət mütəxəssis­lər tərəfindən təhlil edilir, yeni futbol ideyaları müzakirə obyektinə çevrilirdi. Oyuna hakimlik etmək isveçrəli Qotfrid Dinstə və onun köməkçiləri çex Karel Qalba və azərbaycanlı Tofiq Bəhramova tapşırıldı. Hesabı 12-ci dəqiqədə almaniyalı H. Xaller açdı, altı dəqiqə sonra C. Hcrst hesabı bərabərləşdirdi. 78-ci də­qiqədə M. Pitcrs ikinci topu Almaniya komandasının qapısından keçirəndən sonra ingilis futbolçularının çempion olacaqlarına demək olar, heç kim şübhə etmirdi. Lakin unutmaq olmazdı ki, Al­maniya komandası son dəqiqəyədək mübarizə aparmağı bacarır. Matçın qur­tarmasına 40 saniyə qalmış V. Veber hesabda tarazlıq yaratdı - 2-2!

Gözlənilməz sonluq ingilisləri çaş­dırmadı və onlar soyuqqanlıqlarını itir­mədilər. Baş hakim Q. Dinst 30 dəqi­qəlik əlavə vaxt təyin etdi. Mur və Çarlton komandanın hücum əməliyyat­larını təşkil edirdilər. Almanların qapı­çısı Tilkovski bir neçə təhlükəli zərbə­ni zərərsizləşdirə bildi. Görüşün 112-ci dəqiqəsində Herstin güclü zərbə ilə vur­duğu top dirəyin altından qapıya daxil oldu. Sonra yerə dəyib, qapı xəttindən çıxan topu alman müdafiəçisi baş zər­bəsi ilə uzaqlaşdırdı. Qol!? Almaniya futbolçuları hakimi əhatəyə alıb, topun qapıdan keçmədiyini sübut etməyə ça­lışdılar. Dinst hadisə yerindən xeyli ara­lı olduğu üçün qəti qərar verə bilmədi. O, köməkçisi Tofiq Bəhramovla məsləhətləşməli oldu. Bakılı hakim bayrağı ilə qətiyyətlə meydanın mərkəzini göstərdi. Beləliklə: 3:2!

Bundan sonra AFR komandası qələbəyə inamı tamam itirdi. Oyunun sürəti də getdikcə azalırdı. 120-ci dəqiqə­nin sonuncu saniyələrində Herst sürətlə rəqibin cərimə meydançasına daxil ol­du. Alman müdafiəçiləri onun qarşısını almağda aciz idilər. O, qapıya yaxınla­şaraq, komandanın dördüncü, özünün isə üçüncü topunu vurdu. Hesab 4:2 ol­du. Cefferi Hcrst isə final matçında hettrik etməklə rekorda imza atdı. Bu anda hakimin fit səsi eşidildi. O, əllərini yu­xarı qaldıraraq oyunun qurtardığını bildirdi.

Haşiyə: 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı zamanı komandaları təqdim edən "Sovetski Sport" qəzetinin müxbiri 1966-cı ilin final oyununun nəticəsini belə səciyyələndirmişdi: "Спасибо Тофику Бахрамову! Своим решительным жестом Тофик джан помог сборный Англии стать чемпионом миром".

Kraliça Hakimləri mükafatlandırmağı unutmadı

İngiltərə kraliçası Elizaveta Jül Rimenin adını daşıyan "Qızıl İlahə" kubo­kunu komandanın kapitanı Bobbi Mura təqdim etdi. Matça yüksək səviyyədə və ədalətli hakimlik etdikləri üçün hər üç hakimə də kubokun kiçik sürətləri hədiyyə edildi. Bundan əlavə, təşkilat­çıların təklifi ilə baş hakimlə yanaşı, onun köməkçiləri də FİFA-nın "Qızıl fitmükafatını aldılar.

Bobbi Mur və Bobbi Çarlton dünya çempionatının ən yaxşı futbolçuları, rə­qib qapılarına 9 top vuran portuqaliyalı Eysebio isə bombardiri elan edildilər. Futbolun 100 illik yubileyini qeyd etmiş İngiltərə ən yüksək mükafatı və titulu da qazanmış oldu.

VIII dünya çempionatı komandala­rın təzə hücum variantlarını tətbiq et­məsi, universal futbolçuların meydana gəlməsi və oyun sürətinin intensivləşməsi ilə yadda qaldı.

Alf Ramseyin Meksika qayğıları

Məşqçi Alf Ramsey növbəti dünya çempionatına hazırlıq barədə jurnalist­lərin verdiyi sualları qısaca belə cavab­landırmışdı: "1970-ci ildə bizim işimiz daha da çətinləşəcək. Axı dünya çem­pionlarına məğlubiyyəti heç kim ba­ğışlamayacaq. Ona görə də qalib gəl­diyimiz birinciliklə müqayisədə Mek­sika yarışlarına hazırlığın səviyyəsini üçqat artırmalıyıq”. IX dünya birinci­liyində çıxış edən İngiltərə milli ko­mandası heyətinin 50 faizini dəyişsə də, baş rolların ifası "köhnə qvardiya­ya” - qapıçı Benks, müdafiəçi Mur, ya­rımmüdafiəçi Çarlton, hücumçu Herst və Pitcrsə tapşırıldı. Qrup oyunlarında Rumıniya və Çexoslovakiya millilərini 1:0 hesabı ilə məğlub edən "Dumanlı Albion” ölkəsinin futbolçuları üçüncü görüşdə Braziliya yığması ilə qarşılaş­dılar. Hər iki komandanın qol vurmaq şansı olsa da, yalnız bircə dəfə bu im­kandan istifadə edildi. Oyunun 60-cı dəqiqəsində braziliyalı Jairzinyo fərq­ləndi.

Mətbuat konfransında "Nə vaxta kimi İngiltərə yığması ehtiyatla oyna­yacaq?" sualına Ramscy belə cavab verdi: "Biz heç də braziliyalılardan az hücum etmirdik, bəlkə də onlardan daha artıq hücumda idik".

Proqnozlar ingilislərin xeyrinə deyildi

Üç oyunda cəmi iki top vuran (biri­ni 11 metrdən) İngiltərə futbolçuları bombardirlik keyfiyyətləri göstərə bil­mədilər. 1/4 finalda İngiltərə - Almani­ya görüşünün prinsipial xarakter daşıya­cağını hamı yaxşı başa düşürdü. AFR futbolçuları nəyin bahasına olursa ol­sun, dörd il əvvəl Londondakı məğlu­biyyətin əvəzini çıxmağa çalışacaqlar. Verilən proqnozlar da ingilislərin xeyri­nə deyildi. Çünki qrup oyunlarında al­manların rəqib qapılarından keçirdiklə­ri topların sayı 10-a çatmışdı.

İngilis şərhçisi D.Jord yazırdı ki, in­di dünya çempionları üçün elə məqam çatıb ki, onlar, həqiqətən mübarizəni davam etdirmək iqtidarında olmaqlarını sübuta yetirməlidirlər.

Güclülər qalib gəlirlər

1970-ci il iyunun 14-də Meksikanın Leon şəhərində keçirilən İngiltərə Almaniya matçı dörd il əvvəl "Uembli” stadionundakı final oyununu xatırladır­dı. İndi də Bobbi Mur və Uve Zeyler meydanın mərkəzində bir - birinin əlini sıxaraq, kiçik bayraqları dəyişdilər. Əvvəlki kimi, hər iki ölkənin azarkeşləri boğaz və səs tellərinin daha güclü ol­ması üzrə yarışırdılar. Lakin bu dəfəki yarış neytral meydanda gedirdi. Dörd il əvvəl olduğu kimi, iki komandadan biri qalib gəlməli, digəri uduzmalı idi. İkin­ci hissənin 50-ci dəqiqəsində hesab 2:0 ingilislərin xeyrinə idi. Lakin onların rəqib futbolçulara nisbətən daha çox yorulduqları hiss olunurdu. Əlbəttə, yüksəklik və havanın hərarəti də oyunun gedişinə öz təsirini göstərirdi. Ramsey 70-ci dəqiqədə Bobbi Çarltonu əvəz etməyi qərara aldı. (Sonra çoxları bunu səhv qərar hesab etdilər). Tədri­cən almanlar üstünlüyü ələ keçirdilər. Bekkenbauer və Zeyler hərəyə bir top vuraraq, hesabı bərabərləşdirməyə nail oldular. Yenə də Londonda olduğu ki­mi, qalibi müəyyənləşdirmək üçün ha­kim (bu dəfə oyunu idarə edən argentinalı Korezza idi) 30 dəqiqəlik əlavə vaxt təyin etdi. 108-ci dəqiqədə Gerd Müllerin vurduğu üçüncü top almanlara qələbə gətirdi və onlar yarımfinala çıx­dılar.

Bobbi Mur klassizmin davamçısı olub

İngiltərə futbolu tarixində Stenli Metyuz, Billi Rayt və Bobbi Çarlton klassizmin parlaq nümayəndələri olub­lar. Bobbi Mur da həmin ənənənin davamçılarından biridir.

Sovet jurnalisti Lev Filatov onu vaxtilə belə səciyyələndirib: "İngiltərə yığmasının mərkəz müdafiəçisi B. Mur güclü xarakterə malik olan in­sanlardandır. Onu milli komandanın sıravi əsgəri yox, böyük səlahiyyətli zabiti hesab etmək olar. Bobbi Murun komandirlik etdiyi məntəqə öl­kənin bir nömrəli komandasının mü­dafiə xəttidir".

Həsən TAĞIYEV




İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK