adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2019 17:21
83905
HÜQUQ
A- A+

Rüşvət almış vergi müfəttişlərinə hökm oxunub

Vergilər Nazirliyinin rüşvət almaqda təqsirli bilinən keçmiş əməkdaşları Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxsə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən,həmin şəxslərBakıdakı"24 saat” adlı marketdə həyata keçirdiklərivergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.