viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DÖYÜŞƏ TƏLƏBƏLƏR GEDİRDİ Adalet.az | DÖYÜŞƏ TƏLƏBƏLƏR GEDİRDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

DÖYÜŞƏ TƏLƏBƏLƏR GEDİRDİ

Mənzər Niyarlı

11555    |   2019-06-10 16:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibə mövzusunda yazılan əsərlər çoxdur. Bu əsərlərin içərisində müharibəni daha da dərk edən, real hadisələri, döyüş səhnələrini olduğu kimi verməyə çalışan yazıçı Etibar Muradxanlının "Tələbə taqımı” kitabıdır - desək yanılmarıq. Müəllif özü də tələbə vaxtı Qarabağ döyüşlərində iştirak edib. Qələəmə aldığı sənədli romanın qəhrəmanları da onun ən yaxın dostları olub. Bu tələbələr kimlər idi. Vətənin əldən getməsinə, erməni vəhşiliklərinə, soyqırımlarına dözməyən Bakı Dövlət Universitetinin fizika, kimya, filologiya, jurnalistika, psixologiya, tarix, riyaziyyat fakültələrinin uşaqları. İlk dəfə əllərinə silah alan təcrübəsiz, sütül gənclər "Oxumaq həmişə var” deyərək Bakı Ümumqoşun hərbi məktəbində üçcə ay təlim keçərək döyüş bölgələrinə yollanırlar. Həyatlarını ölüm sınağına çəkən bu gəncləri bircə şey düşündürdürürdü. Vətəni qorumaq, dinc insanların həyatını xilas etmək.

Cəbhədə tələbələrin Vətənə, torpağa sevgisi onları bir-birinə daha da yaxınlaşdırır, doğmalaşdırır. Biz bu əsərdə tələbələrdən – Rövşənin, Arifin, Məcidin, Xudaverənin, Təbrizin, Fərhadın, Firdovsinin, Cəmilin, Natiqin, Baxışın, Elçinin, Ümidvarın simasında etibar, ləyaqət, bütövlük, dosta sadiqlik, dost yolunda canından belə keçməyə hazır olan gəncləri görürük. Bu qorxmaz uşaqlar vətən yolunda ölümü hələ döyüşə - ön cəbhəyə yola düşməmişdən qabaq seçmişdilər. Bu elə bir vaxt idi ki, Xocalı soyqırımı baş vermişdi, bu elə vaxt idi ki, torpaqlarımız əldən gedirdi. Quduzlaşmış ermənilər rusların köməyilə irəliyə doğru can atırdılar. Vətən dardaydı, Vətəni qoruyanlar, vətənin müdafiəsinə qalxanlar olacaqdımı? Bakıda hakimiyyət, vəzifə davası bitmək bilmirdi. Nə Qarabağdakı dözülməz vəziyyət, nə də insanların vəhşicəsinə qətlə yetirilməsi, öz dədə-baba torpaqlarından çıxarılması yada düşürdü. Ölkədə xaos, biganəlik, başıpozuqluq baş alıb gedirdi. Belə bir zamanda ADU-nun tələbələrindən bir neçə "Tələbə taqımı” yaradılır. Cəbhə xəttində səkkiz səngərdən ibarət müdafiə mövqeyi qurulur. Birinci və beşinci səngərlərdə Yerli Özünümüdafiə Dəstəsinin əsgərləri, altıncı səngərdə Tələbə taqımından doqquz nəfər, yeddinci səngərdə yenə də Yerli Özünümüdafiə Dəstəsinin əsgərləri, sonuncu səkkizinci səngərdə isə yuxarıda adlarını sadaladığımız tələbələr idi.


Bəli, onlar tələbə idilər. Cəbhəyə getməyə də bilərdilər. Əllərinə heç vaxt silah almamış, döyüş səhnələrini ancaq kinolarda, sənədli filmlərdə görmüşdülər. Getdikləri yer kitabxana, universitet olardı. Sevib - sevilən vaxtlarıydı. Gizlin-gizlin sevgi, şeirləri yazardılar. Elə götürək Xudaverənlə Arifin şairliyi. Xudaverənin döyüşə getməmişdən qabaq sevdiyi qıza yazdığı:

Bəlkə bir az utanırdı.

Bəlkə bir az çəkinirdi.

Gözlərinə baxdım bir an

Ürəyinin sirrin duydum

Baxışın yaman odluydu

Əlimin qarı əridi

şeirindəki misralarda onun ürəyinin çırpıntılarını görürük. Əgər vətən uğrunda döyüşü seçməsəydilər hələ qabaqda nə qədər cevincli, xoş, romantik günlər gözləyirdi bu qeyrətli uşaqları. "Tələbə taqımı”nın komandiri, fizika fakültəsinin tələbəsi ölümündən sonra Milli qəhrəman adını alan Rövşən Hüseynovun universiteti qurtarmağına beşcə ayı qalırdı. Vətəni canından da artıq sevdiyi üçün oxumağını yarımçıq qoyur, döyüşə gedir. Bu elə vaxt idi ki, döyüşün qızğın vaxtında səngərdə Rövşən tələbələrlə birgə Şuşanın işğalı xəbərini eşidir. Sarsılırlar. Necə olur ki, alınmaz Qala - gecə-gündüz müdafiə olunan Şuşa düşmənlərin əlinə keçsin. Müdafiə naziri Rəhim Qazıyevin səhlənkarlığı idimi, yoxsa Şuşanın hərbi komandantı Elburus Orucuvun səriştəsizliyi və ona verilən suallara müəmmalı cavabları... Müəmmalar çoxdu. Oxucuya bircə şey aydındır ki, Qarabağın ağır vəziyyətində ölkədə hərc-mərclik baş alıb gedir. Nə komandir Rövşən, nə də "Tələbə taqımı”nın üzvlərinin bu acı xəbərə inanmaqları gəlmir. Rövşən şəhərə - evlərinə zəng edir. Bu acı xəbəri bacısından soruşur. Bacısı xəttin o başından ağlaya-ağlaya Şuşanın alındığını deyir. Rövşən göz yaşları içərisində, hıçqıra-hıçqıra ancaq bacısına bu sözləri çatdırır. "Anama deyin məni gözləməsin. Elə siz də”

Qabağda onları gərgin döyüş gözləyir. Döyüşə hazırlaşırlar. Bir neçə dəfə hücuma keçir, erməniləri geri oturdurlar. Tələbələrin və Yerli Özünümüdafiə Dəstəsinin müqaviməti nəticəsində ermənilər itki də verir. Növbəti tapşırıqların birində Tərtərin Marquşavan kəndində Yerli Özünümüdafiə Dəstəsinin əsgərlərini mühasirədən xilas edərkən Rövşənlə Fərhad qəhrəmancasına həlak olur. Tələbə taqımımın üzvlərindən Xudaverənlə Arif isə ağır yaralanır. Onları bir təsadüf nəticəsində, dostlarının köməyilə cəbhə xəttindən uzaqlaşdırıb xəstəxanaya yerləşdirirlər.

Jurnalistka fakültəsinin tələbəsi Arifin həm ayağından, həm də başından yaralanmaq səhnəsini ürək ağrısız oxumaq olmur. Arif ölümcül vəziyyətdə olsa da əsir düşməsin deyə silahını ermənilərə tuşlaya-tuşlaya, sürünə-sürünə özünü şosse yola çatdırır və yaxınlıqdan keçən əsgərlərimizin maşınına rast gəlir, çətinliklə ayağa qalxır ki, onu görsünlər, əl edir və huşunu itirib yerə yıxılır. Yaxud filologiya fakültəsinin tələbəsi Xudaverənin yaralama anı. Düşmənin gülləsindən ağır yaralanır. Tələbə Ümidvar dostu düşmənə girov düşməsin deyə onu mühasirədən çıxartmaq istəyir, ancaq bacarmır və sonra Xudaverənin öldüyünü zənn edən Ümidvar son dəfə onun alnından öpüb ayrılır. Yaralarının ağrısından huşunu itirən Xudaverən ayılıb özünə gəlir, sürünə-sürünə düşmənin nəzarəti altında olan yerdən çıxa bilir, özümüzkülərə qovuşur. Tələbələr bircə ona sevinirdi. "Yerli Özünümüdafiə Batalyon”nun döyüşçülərinin mühasirədən çıxarmağa nail olmuşdular. Şuşa sevgisiylə yaşayan Fərhadın cəsədi isə düşmənin işğal etdiyi torpaqda qalır. "Qaldı ki, torpaqlarımızı azad edəcək əsgərlərimizi qarşılasın” yazır müəllif. Tənqidçi Əsəd Cahangir kitabın ön sözündə yazır. "Etibar ən sərt mövzuda müharibə mövzusunda yazır: əksər əsərləri ya birbaşa, ya da dolayısı ilə Qarabağdan danışır: bu əsərlərdən top gurultuları, avtomat səsləri eşidilir, barıt və qan qoxusu gəlir, əsas qəhrəmanı lazım gəlsə, öz həyatını doğma torpaqlar uğrunda döyüşlərdə qurban verən vətənpərvər, əsas ideyası torpaqlarımızın erməni işğalından azad edilməsidir.

Müəllifin romanı real həyat hadisələrinə əsaslanır və oxucunu inandırır. Biz orjinallığı, yeniliyi ilə fərqlənən bu əsərdə tələbələrin adi, paslı silahlarla, bir-iki qranatumyotla düşmən tanklarının qabağında necə bir şücaətlə dayandığının şahidi oluruq.Elə ona görə də onun qəhrəmanları haqqında oxumaqla kifayətlənmirsən, şəxsən onları görmək istəyirsən.

Haşiyə: "Tələbə taqımı” kitabı Nizami Gəncəvi adıana Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, Akademiyanın müxbir üzvü Tehran Əlişan oğlunun təşəbbüsü ilə müzakirə olunacaqdı. Müzakirəyə əsərin müəllifi Etibar Muradxanlı da dəvətliydi. Bu zaman şöbənin qapısı döyüldü. İçəri hündürboylu, orta yaşlı, saçları ağlı-qaralı bir nəfər içəri daxil oldu. Gözümüz tanımadığımız bu adama dikildi. O nəzakətlə: "Tələbə taqımı” kitabı burda müzakirə olunacaq? - Soruşdu.

-Bəli. – Yerbəyerdən dilləndik.

Bu hündür boylu adam: - Mən "Tələbə taqımı”ndakı Arif Babayevəm...

Hamımızın üzündə sevinc qarışıq bir heyrət bürüdü. Bu adam 1992-ci ilində Tərtərin müdafiəsində həm başından, həm də ayağından yaralanan və uzun müddət xəstəxanada müalicə olunan tələbə Arif Babayev idi. Biz təzəcə oxuyub başa çatdığımız əsərin canlı qəhrəmanını görürdük. Ona baxdıqca ürəyimdə fikirləşirdim. "Kaş sənin kimi, sənin tələbə dostların kimi oğullarımız çox olaydı”. Bir az keçmədi ki, "Tələbə taqımı” kitabının müəllifi Etibar müəllimlə Milli qəhrəman, şəhidlik zirvəsinə ucalan Rövşən Hüseynovun bacısı oğlu da gəldi. Bəli, müzakirə çox canlı alındı. Tələbə taqımının sağ qalan üzvləri haqda suallar verildi. Şəhid olanlar yad edildi. Jurnalist kimi fəaliyyət göstərən Arif müəllimə verilən suallardan biri də bu idi.

− Arif müəllim, siz nə fikirləşirsiniz? Müharibəyə hazırıqmı?

Arif müəllim əlini çal saçlarında gəzdirib gülümsədi.

− Əlbəttə − dedi, − Onsuz da şəhidlərimizin, həlak olan yoldaşlarımızın qanını yerdə qoymayacağıq. Biz "Tələbə taqımı”nın sağ qalan üzvləri döyüşə getməyə, torpaqlarımızı azad etməyə həmişə hazırıq.

− Biz sizinlə, sizin dostlarınızla fəxr edirik. − Şöbəmizin ən gənc əməkdaşı Hənifə xanım fəxrlə Arif müəllimə baxdı.




İmza:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK