adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2019 15:58
10730
GÜNDƏM
A- A+

İş yerini dəyişmək istəyən müəllimlərə son XƏBƏRDARLIQ

İyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır.

Adalet.az xəbər verir ki, msabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dəkwww.miq.edu.az/yerdeyishmelinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.


Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib, 4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.


Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.