adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Iyun 2019 09:36
30133
İDMAN
A- A+

NİKOLAYI YIXDIQ, AĞ GÜNƏ ÇIXDIQ

«Axırıncı aşırım» filmində belə bir yer var. Kərbəlayının adamları ironiya ilə deyir:

- Nikolayı yıxdıq, ağ günə çıxdıq!

İndi Qurban Qurbanovu yıxdıq və milli komandamızı ağ günə çıxartdıq. Nikolay Yurçeviç gələndən millilərimiz od parçasına dönüb, rəqiblərinə göz açmağa imkan vermirlər. 2020-nin Avropa çempionu millimizi ağ günə çıxaran Yurçeviçin hesabına bizik. İnşallah, Slovakiyanı da ağzı üstə göndərəcyik.

Amma adamın Allahı var, Macarıstanla oyuna iki şeyə görə televiziyada baxmağa dəyərdi. Bir azarkeşlərin sona qədər komandaya dəstək vermələrinə görə , bir də CBC Sportun idman jurnalisti Rüstəm Əfzərlinin maraqlı və ağıllı şərhinə görə.