adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Iyun 2019 09:21
13413
SAĞLAMLIQ
A- A+

AZƏRBAYCAN SƏHİYYƏSİNDƏ RÜŞVƏT?!

Ola bilməz! «Kanal 8» internet televiziyasının müxbiri Teymur Kərimov Səhiyyə Nazirliyinin qabağında bir etiraz aksiyası keçirmişdi. Səbəb də xəstə anasına dövlət xəstəxanasında müalicəsi üçün rüşvət istənməsi və pul xərcləməsi. Anası rəhmətə getdi, yeri behişt olsun. Qələm dostumuza dərin hüznlə başsağlığı veririk.

Və məlum oldu ki, Səhiyyə Nazirliyi jurnalisti nazirliyə şər və böhtan atdığına görə məhkəməyə verib. Deyəsən, hazırlıq iclası da olub. Tuta da bilərlər, tutmaya da.

Doğrudan da Azərbaycanda dövlət xəstəxanalarında rüşvət? Ola bilməz, mümkün deyil! Xəstəni elə çatdıran kimi həkimlər alırlar qucaqlarına, aparırlar palataya, dərhal bütün analizlər götürülür, əməliyyat olunmalıdırsa dərhal əməliyyat stoluna, sağ ayağı yerinə sol ayağı kəsmirlər, tibb bacıları, xadimələr hamısı xəstənin qulluğunda. Gündə 3 dəfə yüksək kalorili yemək , nəvaziş. Xəstə sağalandan sonra hətta xəstəxanadan çıxmaq istəmir.

Dəliməmmədlidəki qaloş pirinə and olsun ki, Azərbaycanda səhiyyə pulsuzdu.