adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Iyun 2019 09:32
10522
MƏMLƏKƏT
A- A+

GORANBOYDA İCRA HAKİMİYYƏTİ VƏ DİGƏR DÖVLƏT ORQANLARI VARMI?

Sosial şəbəkələrdə və saytlarda bir video yayılıb. Goranboy rayonunun Dəliməmmədli kəndində heç demə pir varmış və bu pirdə bir seyidin qaloşuyla insanlara şəfa verirlər. Yüzlərlə adam növbəyə durub, heç Azərbaycanın milli futbol komandasının oyununa bir belə adam gəlmir. Bir nəfər əlində qaloş insanların kürəyini, boy-buxununu sığallayır. Və başdan-ayağa rəzalət və cəhalət. Bir sürücüm vardı, belə axmaq şeyləri görəndə deyirdi ki, belə eləyirlər deyin ey, Qarabağı ala bilmirik!

Başqa millətlər Marsda meyvə yetişdirir, bizlər də qaloşdan imdad diləyirik.

Məsələnin başqa bir tərəfi. Bizdə olan rəsmi məlumata görə, Goranboyda icra hakimiyyəti də var, icra hakimiyyətinin başçısı da var, hüquq-mühafizə orqanları da var. Necə olur ki, onların gözlərinin qabağında belə bir fırıldaqçı, dələduz millətlə məzələnir və heç bir tədbir görmürlər.

Bəlkə, o qaloşu onların da başına fırlayıblar?!