Əbülfət MƏDƏTOĞLU: AĞDAM HƏSRƏTİNƏ DİZ ÇÖKƏN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
48518 | 2019-06-10 13:21

Ağlımızkəsəndən yaddaşımıza yazdığımız sözlər, fikirlər olur ki, onlar da bizimlə sonmənzilə qədər yol gedir. Bu mənada insanın ən güvənli dostları sırasında söz dəözünə görə bir yer sahibidi. Və bu yer sahibi olan söz təkcə hopduğu, yaşadığıyaddaşın deyil, həm də ətrafın, çevrənin, bütövlükdə sözü anlayan hər kəsindoğmasına, tanışına çevrilir. Deməli, söz həm də öz sahibinin yaşadanı, qarantıolur...

Bütün busöylədiklərim sözlə nəfəs alan, sözə xidmət edən və həm də sözün fövqündədayana bilən insanlara aiddir. Təbii ki, biz onları söz adamı kimi görür,tanıyır və dəyərləndiririk – bir az tez, bir az gec... Yəni adamların haqqını,dəyərini verməyi biz onsuz da həmişə ertələmişik, sabaha saxlamışıq, sonra da həminadamı itirəndə dizimizə döyüb "ah” çəkməyə adət etmişik. Bütün bunlar bizim həyattərzimizin normal axarda olmadığının bir göstəricisidir. Və normallığı yaratmaqözümüzdən asılı olduğu halda biz laqeydliyin, astagəlliyin kürkünü əynimizdənçıxarmırıq...

Bütünbunları elə-belə, sözgəlişi yazmıram, xatırlatmıram. Bütün bunların səbəbi vəbir də o səbəbin özünün bu dediklərimdə iştirakı var. İndi xatirə kimiandığımız, əhvalatlarını, söz-söhbətlərini yaddaşımızda yaşadıb xatırlamaqla təzələdiyimizbir Qarabağ həsrətlisi var idi Bakıda. Özü boyda Qarabağ olan... özü boydaAğdam sevinc və kədərini daşıyan... özü boyda Ağdam koloritini ifadə edənSurxay Əlibəyli! Bəribaşdan deyim ki, Surxay Əlibəyli bir insan olaraq hamıüçün açıq adam idi. O, heç kimdən ürəyini gizlətmirdi. Nə düşünürdüsə, nə xəyaledirdisə, nə arzu edirdisə, ürəyi ilə dilinin arası bir iynə boyu olduğundan cəmibir neçə dəqiqə susa bilərdi. Və...

Kimsəonu danışdırmaq üçün bircə söz dilə gətirməli idi – yəni Ağdam deməli idi. Bu,Surxayın dilinin qıfılını açan söz idi... Bu, Surxayın "sim-sim”i idi... Eləbil həmin sözü işlətməklə Surxayı hərəkətə gətirirdin, ona nəfəs verirdin,başlayırdı danışmağa. Öncə ağdamlı günlərindən... Ağdamdakı dostlarından...Ağdamla digər bölgələri müqayisədən... sonra Ağdamın işğalından... sonraAğdamın şəhid oğullarından... sonra Ağdamın seyidlərindən, ocaqlarında... sonraAğdamın aydınlarında, ziyalılarından... sonra Ağdamın futbol komandasından...sonra Qarabağ bülbüllərindən... sonra onu havalandıran Qədir Rüstəmovdan... sonra fanatı olduğu Rəmişdən... sonra ŞahmarƏkbərzadədən... sonra Xudu Məmmədovdan... sonra Gülablıdan, Abdaldan,Qarqardan, Qarağacı qəbiristanlığından... Ağdamın cəbhəçilərindən... Ağdamınsayılıb-seçilən söz sahibi olan oğlanlarından... teatrından, kinosundan...Surxay danışırdı Ağdamdan - özü də hamısını ayıyla, günüylə, saatıyla,soyadıyla xatırlayırdı.... Surxay danışırdı Ağdamdan – Bəxtiyar Vahabzadənin,Xudu Məmmədovun, Nurəddin Rzayevin, Şahmar Əkbərzadənin dostluğundan... Surxayçoxumuzun oxumadığı kitablardan söz açırdı... Surxay Əbülfəz Elçibəydən söhbətedirdi... Surxay Füzulidən olan, amma ən yaxın dostlarının sırasında həmişəadını öndə çəkdiyi Elman Ağayevdən xatirələr danışırdı... Surxay ağdamlı günlərinisöz-söz, cümlə-cümlə hər gün təzələyirdi yaddaşında. Surxay Quzanlıya gedəndəAğdam üçün partlayan ürəyini güclə tutub saxlayırdı. Surxay bir himə bənd idi –Ağdam himinə! "Gedək!” deyəni gözləyirdi Surxay! Surxay Ağdamsız qala bilmədiyindəniçin-için əriyirdi... Onun əhvalının yaxşı vaxtında da, kədərli anlarında dasöz-söhbəti ancaq Ağdam idi!


Bəzənadama elə gəlirdi ki, Surxay həddindən çox Ağdamsevərdi. Ona görə də hissəqapılır və özü-özünü təkrar edir. Amma onun damarına düşüb etdiyi söhbətinmahiyyətinə varanda görürdün ki, surxay təkcə özü üçün danışmır, danışmaqla ürəyiniboşaltmır, o həm də danəşdıqlarını kimlərəsə hopdurur. Ağdamı tanımayanlarasanki Ağdam dərsi keçir...

Bəli,Surxay Əlibəyli təkcə danışmırdı, söhbət etmirdi, həm də yazırdı – kitabdayazırdı, jurnalda yazırdı, qəzetdə yazırdı, xüsusi buraxılışlar edirdi. Düşüb gəzibtoplayırdı materialları... Yorulmurdu Ağdamın işığına, Ağdamsevərlərin ünvanınagetməkdən. Bəzən günlərlə, saatlarla dirəşib Ağdam adına bir söz, bir fakttapıb toplayırdı. Surxay həm də dostcanlı idi... məclis adamı idi. Yasa da,toya da, yasa da bir ovqat gətirirdi Surxay! 1982-ci ildən tanıdığım Surxaylaetdiyim yoldaşlıq, dostluq, kəsdiyim söhbət bir ömrün hüdudunu çoxdan aşıb.Onunla Qarabağlı günlərimizi səhifələmək mənim Qarabağsız günlərimin bir xatirəsiidi, özü də dipdiri xatirəsi.

İndi dəSurxaydan xatirə yazıram – 70 yaşının xatirəsini! Bilmirəm nədən başlayım,hansı mövzunu çəkim önə. Bircə bildiyim odur ki, mən Ağdam deyiləndəxatırladığım ən işıqlı adamların sırasında Surxay Əlibəyli də var.Ona görə dəiyun ayının 10-cu günü 70 yaşı tamam olan Surxay Əlibəyli barəsində nədostlarının, nə doğmalarının fikrini soruşmadan, nə də onunla bağlı özəl xatirələriminheç birini dilə gətirmədən ruhu qarşısında baş əyirəm. Bilirəm ki, bilgisayarasöylədiklərimi o bir ruh olaraq eşidir, dinləyir və həmişəki kimi də redaktəyəhazırdır. Qoy olsun! Bu da Surxayın bir yaraşığıdı, bir özəllliyidi. Mən isəruhuna bir salavat çevirməklə Bakıdan Ağdama üz tuturam. Bilirəm ki, o,Ağdamdadı! Can atdığı, uğrunda sinov getdiyi Ağdamda!

SurxayƏlibəyli, ruhun şad olsun!

SurxayƏlibəyli, mənim də salamımı səninləbirlikdə gəzib-dolaşdığım yerlərə - Ağdama, Qarabağa çatdır! Sağ ol! Görüşənədək!


TƏQVİM / ARXİV