adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Məzarıma bir cüt qaloş qoyun - Eminquey yazır

EMİNQUEY AKİF
61047 | 2019-06-10 12:22

Tüpürcəkdənşəfa umdular, qəbirdən şəfa umdular, heykəldən şəfa umdular, indi də qaloşçıxdı. Hə, məlum hadisəni deyirəm. O video Goranboy rayonu Qurbanzadə kəndindəçəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfatetmiş Miribiş ağanın evinə yığışıblar. Onun qaloşunu başlarına sürtərək şəfatapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evəqoyurlar.

2019-cu il,robot əsri və bir cüt qaloş...

O qardaş qaloşunhesabına bir xeyli qadını əllədi. Bircə bunu dəqiq bilirəm. Hələ bir kadrdakişi qəndi dişləyib qadının ağzına da qoyur. Lap toylarımız yadıma düşdü. Gəlinyediyi tortdan bəyin ağzına uzadır, çəkir, uzadır, çəkir. Sonra hop, tort olurbəyin ağzında. Hələ bəzi bəylərin videosu yayılmışdı, bəy hirslənib gəlininbaşına bir qapaz da vurmuşdu. İndi bu kişiyə də bir qadın lazım idi ki, qapazıilişdirə.

Açığı təəccüblənmədim.Bizim məhəllədə bir qadın var, seyiddir, guya əlində şəfa var, əlləmədiyi adamqalmayıb. Amma yenə başa düşmək olar, əldir də. Bəs, bu qaloş nədir?

Az deyilləraxı.

Məsələn,Qafqaz Müsəlmanlar idarəsinin axundu Hacı Surxayın danışdığı video çıxdı rastıma.Deyir, 20 gün 133 dəfə "Ya Əbbas" de, Allah Əbbasın xatirinə arzunu qəbuledəcək.

Mənim də sonvaxtlar maşına həvəsim yaranıb. Həm də avtobus, metro yorub məni. İstəyirdimki, altı-bazar və işdən sonra qalan vaxtımı da başqa işdə işləyim, pul yığıbmaşın alım. Hacının bu çıxışını görüb fikrimdən daşındım. İşləməyi neyləyirəm?!Beş gündür ki, hər gün arzumu düşünüb 133 dəfə "Ya Əbbas" deyirəm.Görək nə olur. Nəticəni mütləq açıqlayacam.

Gələk bizimbu kəramətli qaloşa.

Sovet hökümətininnə böyük kəraməti varmış, lələ?! Bilsəydilər ki, buraxdıqları qaloşda hikmətvar, çoxdan bir tədbir görərdilər.

Hələ Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov görün nə deyib:

Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil.

Tutalım qaloş deyil, papaqdır. Lap papaq da deyil, alt paltarıdır, nə dəxli?

Bu məqamda deyiublər də, puluna minnət,lələ!

Bir dostum videoya vaxıb dedi ki, o adamlara baxdım, qorxdum, onlar adamı diri-diri parçalayarlar. Ürəyimxarab oldu, şairliyimə saldım. Vaqif Səmədoğlundan təsirləndim. Dedim, dostum,şairin "Bir cüt ayaqqabı” şeiri yadıma düşdü. Bunlar adamı diri-diribasdırmamışdan qabaq belə bir şeir yazaram:

məzarıma

nə başdaşıqoyun,

nə heykəl.

bir cütqaloş qoyun,

bir cahil

şəfa tapmaqüçün

başınısürtüb getsin...

TƏQVİM / ARXİV