adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Iyun 2019 11:52
23620
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ANASIZLIQ AĞISI...

Nəsə
demək istəyirəm
Söz tapmıram...
Nəsə
etmək istəyirəm -
Köz tapmıram ...
Söz - hay salsın...
Köz - yandırsın ,
inandırsın ...
Köçdüyünə,
haqq yolunu
seçdiyinə...
Özü üçün -
ölümsüzlük
köynəyini biçdiyinə...
Bir "Əlvida!"-
şərbətini içdiyinə-
Ananın!..

Həmin o an,
Dondu zaman !
gördüm , inan,
bax, beləcə
Bir Qadının,
Bir Ananın
Varlığından
Ürəyindən,
Çöhrəsindən
TƏBƏSSÜMÜ
bircə -bircə -
gül tək dərir
övladlara əmanəti -
məhəbbəti,
hədiyyəsi,
Vida payı -
TƏSƏLLİDİ!..

... Ağrı adlı,
acı dadlı
Övlad üzən
nə vardısa ...
Özü ilə götürdü O !
Dözümünü ,
Sevgisini
Vida hopmuş
Təbəssümlə
Sözsüz bizə -
ötürdü O!..