adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Iyun 2019 11:31
15204
SAĞLAMLIQ
A- A+

Vaqif Qarayev: Bizə təhsil lazımdır, diplom yox!

Həkim Vaqif Qarayev sosial şəbəkədə müzakirələrə səbəb olan ziyarətgah haqqında fikirlərini yazıb.

Adalet.az həmin fikirləri təqdim edir.

Biz avropalıyıq? Geyimimiz,həyat tərzimiz, idarə elədiyimiz avtomobillər, tikdirdiyimiz villalar....şəhərin(yaşayış yerlərinin) ümumi görünüşü və s. 

Bütün bunlara görə deyə bilərik ki, avropalıyıq!!! Amma bəyənmirik oraları....guya əxlaqsızlıq filan ixrac edirlər bizlərə.. Yəni intellektlərinin yaratdığı maddi nemətlərdən müftə-müfəssəl istifadə edirik, özlərini bəyənmirik... Çünki hələ də göz muncuğuna, pirə (ziyarətgaha), cin çıxardana, falçıya, çöpçüyə, sınıqçıya inanırıq... 3 yaşlı oğurlanan qızcığazı evə qayıdan kimi valideynləri ziyarətgaha aparırlar! Həkimə, psixoloqa yox....ziyarətgaha! Qaloş ziyarətgahına baxın... İnsan seli var orada... Hər cür cahilliyin kökündə təhsilSİZlik dayanır! Pirə,çöpçüyə, falçıya gedənlər arasında kifayət qədər diplomlular var...diplomu var, amma təhsili YOXDUR!!! Təhsil məmurları gərək "bal sindromundan" xilas olsunlar...ki bizi də xilas eləsinlər! Təhsil vermək lazımdır, diplom yox!!!