adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Iyun 2019 00:46
26950
İDMAN
A- A+

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi oldu

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub.

İyunun 9-da final görüşü keçirilib.

Finalda Portuqaliya millisi Hollandiya yığması ilə qarşılaşıb.

Görüş portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 60-cı dəqiqədə Qoncalo Guedes olub.

Beləliklə, Millətlər Liqasında ilk mövsümün kubokunu Portiqaliya millisi başı üzərinə qaldırıb.

3-cü yer uğrunda matçda İngiltərə və İsveçrə üz-üzə gəlib. Matçın 120 dəqiqəsi ərzində qapılara qol vurulmayıb.

Üçüncü yerin taleyi penaltilər seriyasında həll olunub.İngiltərə 6:5 hesabı ilə qalib gəlib.