hacklink Adalet.az | İcra nümayəndəsi “Qaloş pirindən” DANIŞDI - “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!” Adalet.az | İcra nümayəndəsi “Qaloş pirindən” DANIŞDI - “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İcra nümayəndəsi “Qaloş pirindən” DANIŞDI - “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!”

5511    |   2019-06-10 10:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlıModern.az-a açıqlama verib.

M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:

"Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil”.

M.İbrahimov qeyd edib ki, insanların başına çəkilən mərhumun papağı olub:

"Sadəcə baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb - onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”.

Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır:

"Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Seyidin oğlu rəhmətə gedib. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib”.




İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK