adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyun 2019 10:18
38175
DÜNYA
A- A+

Rusiyada xüsusi təyinatlının qətlinə görə 8-ci erməni tutuldu

Rusiya İstintaq Komitəsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ-"QRU”) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan 8 ermənini saxlayıb.

Virtualaz.orgyerli KİV-ə istinadən bildirir ki, bu barədə Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Onun sözlərinə görə, cinayət işi çərçivəsində əvvəl 7 nəfər həbs edilib. Onlardan biri qətldə, 6 nəfər isə xuliqanlıqda ittiham olunur. Saxlanılan səkkizinci şəxs istintaq altındadır.

Kütləvi davada 10 nəfər iştirak edib. Bundan əvvəl xuliqanlıq maddəsi ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb. Qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. Amma o özünü təqsirkar bilməyib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru, 24 yaşlı Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də gecə saat 23:30 radələrində öldürülüb. Belə ki, Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.