adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Eyni biçimli, fərqli rənglər

ƏBÜLFƏT MƏDƏTOĞLU
47255 | 2019-06-07 18:09

Hər bir günbaşqa bir günün davamıdı. Yəni bu günlə o biri gün nə qədər yaxın olsalar da,onların ən ağır çəkili daşın altında sıxsan belə, üst-üstə düşə bilməz. Çünkionların hər birinin öz missiyası olub və onlar da həmin missiyanı məhz o gününiçərisində yerinə yetiriblər. Lap çılpaq desəm, loru ifadələrlə səsləndirsəm,onda deyə bilərəm ki, hər gün boyu biçilmiş donun içərisində olur. Onu sadəcəolaraq o biçimdə görmək hünər istəyir. Təəssüf ki, biz bəzən həmin o günütarixin arxivinə yola salandan sonra bizdən nəyin, kimin uzaqlaşdığının fərqinəvarırıq. Onda isə şəxsən mənim qulaqlarımda qeyri-adi səsin, ifanın simvoluolan Flora Kərimovanın nəfəsi canlanır, eşidilir.

-Baxma, o qatarın dalınca, baxma!

Hə,nə qədər özümüz-özümüzü baxmamağa məcbur etsək də, baxırıq. Çünki biz hisslərin,duyğuların əlindən qurtulanda artıq mövcudluğumuz da başa çatır. Deməli, nəfəsimiz,hənirimiz varsa, ürəyimiz döyünürsə, bütün qadağalara rəğmən baxacağam. Özü də"baxma!" deyə-deyə...

Mənhərdən özüm özümü divara dirəyib ən sərt şəkildə haqq-hesab çəkirəm. Bilirsiniznəyə görə? Ona görə ki, dünəndən qopub ayrıla bilmirəm. Nostalji hisslər istər ənsevincli, istər ən kədərli anlarımda belə məni tərk etmir. Hətta barəmdə fikirsöyləyən, yazı yazan qələm dostlarım, könül sirdaşlarım mənə bir yarlıq datapıblar. Deyirlər ki, mən "köhnə dövrün adamıyam". Mən bu fikrəetiraz etmirəm və tam səmimiyyətimlə deyim ki, burda qəbahət də görmürəm. Hərhalda köhnə dövr nə qədər xatirələr dövrü olsa da, o xatirələrin o dövrünözünün aurası, yaratdığı əks-səda mənim üçün bulaq suyu qədər şəffaf, şəlalə qədərdə canlı idi. Amma bu gün hər şey süni bir şəkildə ortaya dinamika qoyur və yenətam səmimiyətimlə deyim ki, mən bu günü fonoqramma bənzədirəm. İçi özüm qarışıq hamı arxa plandadı.Ortada isə fonoqramma səslənir. Təsəvvür edirsiniz, mən, sən, biz, hamımız biryerdə, pərdənin arxasında dayanmışıq, səhnədə isə bizim cisimlərimiz, çoxsevdiyim filmlərimizdən biri olan "Bəyin oğurlanması"nda rəhmətlik SəməndərRzayev, yəni sovxoz direktoru demişkən, səs bu yandan gəlir, oynamaq da o biritərəfdən...

Hə, deyəsən biraz sizi çəkib aparıb dünənin qapısının kandarında əyləşdirdim və siz də dünəninizixatırlamağa və dünən adlı kitabınızı vərəqləməyə başladınız. Oxuyun. Məncəziyanı olmayacaq. Faydası olmasa da, ziyanı da olmayacaq. Buna əmin ola bilərsiniz.Çünki siz orda özünüz olacaqsınız, fonoqramanız yox. Mən isə bu gündən danışmaqistəyirəm. Elə içimdə olduğum və sizin də cismininiz yanımda dayandığı bu gündən...

Səhərin gözüaçılandan bütün zənglər ancaq bir məqsədə xidmət edir. O məqsəd də mənimtanıdığım, onların axtardığı həmin adamın şəhərdə olub olmaması idi. Təbii ki,mən də artıq adət etdiyim qaydada, dişimlə əsəblərimi elə sıxıb saxlaya-saxlayaonların bütün suallarını dinləyib sonda bircə kəlmə ilə sağollaşırdım. Yəni sadəcədeyirdim ki, "xəbərim yoxdu" bu üsul mənə həm uşaqlıqdan aşılanmışdı,həm də həyat məktəbimdən öyrənmişdim. Böyüklər, dünyagörmüşlər birmənalı şəkildəmənə öyrətmişdilər ki, görmədiyin, bilmədiyin heç nə barəsində heç nə danışma.Onda başın salamat olar.

Təbii ki, işləyənbaş ağrımalıdı. Əgər ağrımırsa, deməli işləmir də. Bunu əl boyda uşaq da bilir.Amma ağrı da var, ağrı da. Biri var təbii ağrı - yəni soyuqdəymədən, aclıqdan,susuzluqdan ağrıyan baş... İkincisi əsəbdən, stressdən... Üçüncüsühaqsızlıqdan, dəliqanlılıqdan... Dördüncüsü zəmanədən və bu zəmanəyə olanetirazdan... Beşincisi sözün bütün mənalarında insan olmağından...Altıncısı.... Yeddincisi və s. və ilaxırə. Yəni hər baş özünün çəkdiklərindənağrıyır, ya da çəkdirdiklərindən. Bax, bütün bunlar da həmin o mənə uşaqlıqdanhopan və həyat məktəbindən öyrəndiklərimin ümumi fonunda bəzən misralara daçevrilib - uğurlu və yaxud da uğursuz.


Daha bitdi nağıllar

Alma da düşməyəcək!..

Bir ürəkortalıqda -

Donacaq, üşüyəcək...


Çiliklənmiş oşüşə

Ətrafadağılacaq....

Üzdə ölən gülüşə-

Təəssüfləbaxılacaq...


Xatirələrqopacaq

Saralmışyarpaqlar tək...

Sənsə bacarsanancaq -

Əlini üzünə çək!..

***

Çox da uzaqolmayan bir tarix var yadımda. O tarixi bəzən ovcumun içi qədər yaxında hissedirəm, bəzən bir neçə saatlıq məsafədə. Amma hər ikisində də o, öz təsir dairəsindənməni çıxmağa qoymur, tutub saxlayır məni orda (yəqin ki, yenə nostalji hisslərəkökləndiyimi üzümə çəkməyəcəksiniz - Ə.M.). Ora elə bir yerdi ki, az-çoxduyğusallıq qabiliyyəti olan, duyğusallığa meyillilik göstərən istənilən Allahbəndəsi mütləq o səmtə tərəf boylanacaq. Elə ki, boylandı, bir də görəcək artıqordadı. Bu da o deməkdi ki, həmin o yer, həmin o tarix müxtəlif formada, müxtəlifovqatda duyğusalların hər biri üçün yaşanıbdı, mövcud olubdu...

Bu, nisbətən qəlizvə dolaşıq fikirlərin axarını sadəliyə tərəf dəyişirəm. İstəyirəm ki, suyun bərəsinidəyişdiyimiz kimi, bu fikirlərin də istiqamətini dəyişim. Və imkan verim ki,özünüz həmin o, əvvəldə dediyim və sizin də artıq baxdığınız səmti, yeri yenidəno illərdə olduğu kimi görüb yaşayasınız. Və biləsiniz ki, söhbət ürəyinizə ənyaxın, ruhunuza ən doğma bir kəslə ilk dəfə görüşdüyünüz, ilk dəfəqarşılaşdığınız yerdən, gündən zamandan gedir. Bax, bu cümləni yazanda artıqoxuyanların yenidən həmin səmtə boylandığına heç bir şübhəm qalmır. Çünki onlarda bildilər ki, ilk görüş nə deməkdi. Gəlin əlimizi ürəyimizin üstünə qoyub təəssüfhissi keçirməyək, köks ötürməyək. Çünki o ilk görüş yerinin sonu hər kəs üçün fərqliolur. Mən anlayıram, qovuşanlar yenidən o günlərə qayıtmağın şirinlikləri üçünköks ötürürlər, təəssüflənirlər. Qovuşmayanlar həsrətə, ayrılığa səbəbkarolanlara və bir də özlərinə verdikləri dözümə acıyaraq həmin "ah"ı çəkirlər.Hər iki halda ünvan bir olur. O da boylandığımız həmin görüş yeridi...

İndi internet səhifələrinə,xüsusilə hər kəsin müxtəlif pozalarda şəkillər yayımlayıb statuslar yazdığı səhifələrəbaxıram və məni bir gic gülmək tutur. Burda ilk dəfə qarşılaşanlar, ilk dəfəgörüşənlər görəsən sabah, on gün sonra hansı hisslərdən danışacaqlar, nələrixatırlayacaqlar? Və yaşadıqlarını necə ifadə edəcəklər ki, onları dinləyənlərində duyğularında bir oyanış hiss olunsun. Bu sual bəlkə də nə zamanına, nə dəyerinə görə doğru deyil. Amma mən bütün hallarda öz içimi yazdığımdan yəqin ki,məni qınamazsınız. Əks halda, mən də elə internet səhifəsində ilişibqalardım...

Bəli, günümüzünbir gerçək üzü də var. O da mənə görə duyğusal adamların təkcə çiyinlərindəyox, həm də ürəklərində daşıdıqları yükdü. Bununla bağlı mənimlə mübahisə edənlərdə olub. Çünki mən hələ 90-cı illərdəki şeirlərimdən birində yazmışdım ki:

Dərdin böyüyü,kiçiyi olmur

Dərdin ölçüvahidi

Ürəyin tutumudu!..

Bəli, yəqin ki,bir vaxtlar yazdığım həmin şeirin bu üç misrası nə demək istədiyimi sizə az-çoxçatdırdı və elə həmin o istəyin tam ifadəsi olan bir fikri də indi şərh etməkistəyirəm. O da əvvəldə dediyim həmin o yerlə, ünvanla bağlıdı. O yer ki, həyatımınistənilən anında, istənilən durumunda mənim üçün unudulmaz və hətta birmənalıdesəm, varlığımın ifadəsidi. Təbii ki, duyğusal varlığımın!!!


Dərdim beş cütqu yükü

Zordu çəkmək buyükü!

Həsrətimin suyükü -

Kirpiyimi nəmlədib...


Göyün balağıduman

Yerin çalağıduman...

Uçuş zolağı,duman -

Kirpiyimi nəmlədib...


Diş ağardanşaxtadı

Əlim donub,taxtadı...

Demə, sevginsaxtadı -

Kirpiyimi nəmlədib!

***

Bütün yazı boyuiçimdə olanların hamısını ələkdən keçirmək, xəlbirləmək istəyirəm, ammabacarmıram. Çünki nəyi necə yazmağımın sahibi özüm olsam da, nəyin necəqarşılanacağının sahibi özüm deyiləm.

Ona görə də istəraçıq-saçıq, lap elə lüt-üryan, istər bürüncəkli, sətiraltı yazsam belə, marağıolanlar, ya su bulandıranlar mütləq hansısa vergüldən yapışıb bir ağrıya ipucuverirlər. Onda yazdığına da, düşündüyünə də olan bu münasibət bir söz sahibikimi məni əməlli-başlı sarsıdır. Hətta olur ki, əlimin altındakı vərəqləricırıb, yumurulayıb zibil səbətinə də atıram. Düşünürəm ki, bununla hər şeybitdi. Daha heç kimlə səmimi olmayacam. Amma neyləyim ki, "qozbeli qəbirdüzəldər" deyiblər. Mən də indiki məqamda qəbirə tələsmirəm, hələ görüləsiişlərim var. O işlərin xatirinə və təbii ki, bir də boylanıb baxdığım o yerinişığına söykənib yenidən öz adətimə, öz düşüncələrimə qulluq edirəm. Yəni dünənyazdığım kimi yazmağa çalışıram... Alınanı da olur, alınmayanı da... Oxunanı daolur, oxunmayanı da. Əsas odur ki, mən özümə, öz qələmimə sadiqliyimdən uzaqdüşmürəm....

Hə, çoxlu saydaoxucu mesajları döyür qapımı. Hər bir yazımdan sonra kimsə təşəkkür edibbildirir ki, onu da xatirələr dünyasına apardım... Kimsə köhnə yaralarınqabığını qoparma deyir... Başqa birisi "xatirələrlə özümüzü aldada-aldadabu günə qaldıq" söyləyir. Hətta eləsi olur ki, "yığışdır bu nostaljini,bu ağlaşmanı" deyə üzünü bozardır da... Olsun. Mən bütün bunların hamısınınormal sayıram. Ona görə ki, onlar həm istəklə, həm hörmətlə, həm də lap elənifrətlə də olsa, deməli oxuyurlar yazdıqlarımı. Bax, bunun ümumi nəticəsi dəodur ki, demək, hələ yazmaq lazımdır ömrün sonuna qədər, nəfəs çatana qədər. Məndə bu fikirdəyəm, bu qərardayam. Çünki ən azından mənim bir oxucum var - o daSƏNsən. Doğrudur, bilgisayardakı xanım etiraz edir. Bildirir ki, ondan öncə mənyazdım, mən oxudum. Bu haqsızlığımı yəqin ki, o da üzrlü sayar. Axı, o da bilirki, mən hər şeyi sənin üçün yazıram, elə bu şeiri də:


Yüklənmişəm,yüküm sözdü

Bir üzü daş,biri közdü...

Heç bilmirəm necədözdü -

Ürəyim sözünaltında?!


Daşınası şələqalır

Çözüləsi cələqalır...

Vallah, nəsə hələqalır -

Qaralan közünaltında!


Bu yurd yeri, buarxacdı

Sel gəldiburdan, arx aşdı...

Əkdiyin çubuqağacdı -

Dur, dincəl özünaltında!


Baxma ki, yolumqumluqdu

Ruhum gələcək -simurqdu!

Dərdin vurduğuyumruqdu -

Qaralıb gözünaltında...


Hə, bütün yazıboyu demək istədiklərim deyəsən elə bu idi...

TƏQVİM / ARXİV