adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2019 18:04
10419
GÜNDƏM
A- A+

Diplomatiya sahəsində çalışan azərbaycanlı qadınların sayı açıqlanıb

Azərbaycanda diplomatiya sahəsində çalışan qadınların sayı açıqlanıb.

Adalet.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov APA-ya bildirib ki,hazırda Azərbaycanda qadınlar səhiyyə, mədəniyyət, hərbi və digər sahələrlə yanaşı,diplomatiya sahəsində dətəmsil olunurlar.

Diplomatiya sahəsində qadın təmsilçilərinsayının artdığını vurğulayan şöbə müdirinin sözlərinə görə, azərbaycanlı səfirlərdən 2nəfəri qadındır.

E. Səfərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyində (XİN)7 qadın,8 kişi müşavir çalışır: "Bundan əlavə, XİN-də14 nəfər qadın,37 nəfər kişi şöbə müdiri fəaliyyət göstərməkdədir. Eyni zamanda, nazirlikdə I katib vəzifəsində 26 nəfər qadın, 44 nəfər kişi, II katib vəzifəsində 28 nəfər qadın, 35 nəfər kişi,III katib vəzifəsində isə 31 nəfər qadın, 15 nəfər kişi işləyir”.

Dövlət Komitəsinin rəsmisi vurğulayıb ki, XİN-də 21 qadın,24 kişi attaşe fəaliyyət göstərir: "BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinbütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının tövsiyələrini nəzərə alaraq, xarici siyasət sahəsində çalışan qadınların sayı artırılır. Bunuyuxarıdakı rəqəmlərdən də görmək olar".

E. Səfərov qeyd edib ki, Azərbaycanda qadın dövlət qulluqçullarının sayı 28 faiz təşkil edir.