adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Iyun 2019 18:00
8314
HADİSƏ
A- A+

3 yaşlı Zəhranın oğurlanmasına görə cinayət işi açıldı

3 yaşlı Zəhra Bağırzadəninoğurlanması faktı ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

BaşProkurorluğunmətbuat xidmətindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Həmin qadın barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş üç yaşlı iki gün sonra Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.