adalet.az header logo
  • Bakı 18°C
07 Iyun 2019 12:45
20503
MARAQLI
A- A+

Gələn ay tam Günəş tutulması olacaq

Gələn ay 2019-cu ilin ikinci Günəş tutulması baş verəcək.

Adalet.az-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, Günəş tutulması (tam tutulma) iyulun 2-3-nə təsadüf edəcək.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.