adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Iyun 2019 11:46
23281
MARAQLI
A- A+

Həyatından şəkər istifadəsini çıxaran ailənin başına nələr gələr?

Həyatından şəkər istifadəsini çıxaran ailənin başına nələr gələr? Eve O.Shaubun qələmə aldığı və bizim tərcümə etdiyimiz yazıda 1 il müddətində şəkər istifadə etməmiş ailənin üzvlərinin həyatında baş verən dəyişikliklərdən bəhs edilir.

"Bir zamanlar sağlam idim, ya da ən azından elə olduğumu düşnürdüm. Təbii ki, bütün günü keçirə biləcək enerjim yox idi, amma Amerikada yorğun kütlələrin yaranmasına səbəb olan reklamlara görə bundan əziyyət çəkənin təkcə mən olmadığımı anladım.

Ailəmdən hamının soyuqdəymə və qripdən qorxduğu üçün yanvar ayında misofobiya, yəni mikroblara qarşı qorxunun yaranacağını bilirdim. Ən azından mən də şəkərin mənfi təsirləri haqqında eşidənə qədər belə düşünmüşdüm. Bir çox mütəxəssisə görə şəkər bir çox insanın kök və xəstə olmasının əsas səbəbidir. Bu mövzu haqqında fikirləşdikcə, deyilənlərin məntiqli olduğunu daha daha yaxşı anlamağa başladım.

Hər yeddi amerikalıdan biri metobolik xəstəliyə sahibdir. Hər üç amerikalıdan biri isə obezitedən əziyyət çəkir. Diabet miqdarı sürətlə artır və kardiovaskulyar xəstəliklər də Amerikanın bir nömrəli qatili sayılır. Bu nəzəriyyəyə görə bütün belə xəstəliklərin və daha çoxunun əsas mənbəyi bizim qida rasionumuzda vacib yer tutan şəkərlə bağlıdır.

Ortaya atılan bütün yeni məlumatları topladım və bunları düstur halına saldım. Tərkibində əlavə şəkər olan qidaları yemədən bütün bir ili keçirmənin ailəmiz (mən, ərim və 6, 11 yaşları olan iki uşaq) üçün nə kədər çətin olacağını görmək istədim. Süfrə şəkəri, ya da tərkibində əlavə dadlandırıcı olan hər şeydən imtina edəcəkdik.

Tərkibində təbii şəkər olan qidalara bunu tətbiq etməyəcəkdik. Məsələn, meyvə. Araşdırmalarımıza başladığımızda sosiska, toyuq suyu, salat sousu, mayonez, bastırma, çörək, hətta uşaq yeməklərində şəkər aşkarladıq. Niyə bu qidalara bu qədər şəkər əlavə edilirdi.

Bütün bunlar qidaları daha ləzzətli hala gətirmək, rəf ömrünü uzatmaq və paketlənmiş qida istehsalını daha ucuz hala gətirə bilmək üçün idi.

Mənə dəli deyə bilərsiniz, amma bir il boyunca şəkərdən imtina edərək böyük bir macəraya atıldım. Nə olacağını maraqla gözləyirdim. Necə olacağını və nə qədər çətin olascağını bilmək istəyirdim.