adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Iyun 2019 10:50
27888
İQTİSADİYYAT
A- A+

Bakıda iki polis rəisi dəyişdirilib

Bakıda iki polis rəisi dəyişdirilib.

Adalet.az Report-a istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.

Qeyd edək ki, R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinun başçısı Mübariz Əhmədzadənin oğlu, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

B.İslamov isə Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa İslamovun oğludur.