adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyun 2019 10:07
5894
HADİSƏ
A- A+

Nepalda güclü fırtına nəticəsində 2 nəfər həlak olub

Nepalın Kailali və Kançanpur bölgələrində baş verən şiddətli fırtına nəticəsində ən az iki nəfər həlak olub, 37 nəfər yaralanıb.

Adalet.az-ın məlumatına görə, bu barədə yerli qəzet "Republica" xəbər verib.

Bildirilir ki, xilasetmə əməliyyatları davam edildiyi üçün ölənlərin sayı arta bilər.

Həmçinin, bir neçə ev və infrastruktur obyektlərinə zərər dəyib.