adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyun 2019 09:05
30314
İDMAN
A- A+

Ronaldo şou göstərdi: Portuqaliya finalda

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinə start verilib.

Adalet.az xəbər verir ki, "Porto"nun "Draqao” stadionunda keçirilən ilk yarımfinal oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıb. Görüş ev sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliya millisinin heyətində hər üç qolu Kristiano Ronaldo (25, 88, 90-cı dəqiqədə) vurub. Qonaqların heyətində isə Rodriqes matçın 57-ci dəqiqəsində penaltidən fərqlənib. Bu qələbə ilə Portuqaliya finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə bu gün İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.

Turnirin I və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.