adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyun 2019 10:55
35911
DÜNYA
A- A+

Putinlə Zelenski görüşəcəkmi? - Lavrovdan açıqlama

Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenskinin görüşünün təşkili barədə hələ bir söz demək olmur. Liderlər arasında telefon danışığının baş tutması ilə bağlı planlar var.

Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

"Biz hələ bilmirik ki, Ukraynanın yeni rəhbərliyinin Minsk razılaşması ilə bağlı hansı siyasəti olacaq. Oradan kifayət qədər müxtəlif siqnallar gəlir", - Lavrov söyləyib.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə dialoqa başlamağa hazır olduqlarını bəyan edib.