adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Iyun 2019 09:54
29190
İDMAN
A- A+

Həbib Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıb

Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb.

Adalet.az-ın məlumatına görə, bu barədə "ESPN" telekanalı xəbər verib.

Qeyd edilir ki, müqavilə bir neçə döyüş üçün nəzərdə tutulub. Müqavilənin digər təfərrüatları açıqlanmır.

Sənəddə kanadalı Jorj Sen-Pyerin UFC-yə qayıdacağı təqdirdə H.Nurməhəmmədovun onunla döyüşmə ehtimalının olmasına dair maddə yer alıb.