adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Iyun 2019 17:35
30823
İDMAN
A- A+

Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək

Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.

Adalet.az-ın məlumatına görə, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən "Yay gəlir" kampaniyasına start verir:

"Layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə - saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir".