hacklink Adalet.az | Gün eynəyi seçərkən ehtiyatlı olun! - Oftalmoloqdan XƏBƏRDARLIQ Adalet.az | Gün eynəyi seçərkən ehtiyatlı olun! - Oftalmoloqdan XƏBƏRDARLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Gün eynəyi seçərkən ehtiyatlı olun! - Oftalmoloqdan XƏBƏRDARLIQ

7230    |   2019-06-04 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaz-yay fəslində gün eynəklərinə olan tələbat artır. Bu gün şəhərin istənilən yerində mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik. 5-10 manat civarında olan eynəklərin sırasında məşhur brendlərin də adına rast gəlmək olur. Lakin məşhur brendlərin belə aşağı qiymətə olması məhsulların saxtalığı barədə şübhələr yaradır. Çox təəssüf ki, əksəriyyət sağlamlıq və keyfiyyətdən çox qiymətə və görünüşə üstünlük verir. Seçimin bu prinsiplər altında həyata keçirilməsi gözlərin zəifləməsi, baş ağrıları və göz təzyiqinin yaranmasına səbəb olur.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, demək olar gün eynəyi alan heç kim həkim məsləhəti ilə seçim etmir.


"Dünyanın bir sıra ölkələrində də bu halla rastlaşmaq mümkündür. Hətta Afrika, İtaliya kimi ölkələrin çimərliklərində belə, eynək satışı ilə məşğul olan şəxsləri görür və eynəklərin kütləvi şəkildə alındığının şahidi oluruq. Almazdan əvvəl gözə hansı növ eynəyin uyğun gəldiyini müəyyən etmək üçün həkim müayinəsindən keçmək mütləqdir. Lakin üzücü haldır ki, hazırda insanlar necə gəldi, zövq xatirinə keyfiyyətsiz eynəkləri almağa üstünlük verirlər”.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovbildirir ki, keyfiyyətsiz eynəyi taxıb-taxmamağın bir fərqi yoxdur:

"Keyfiyyət etibarilə zəif olan eynəklər zərərli şüaları gözə daha çox buraxır. Ultrabənövşəyi şüaları sındıran orqanik eynəkləri bahalı, brend firmalar istehsal edir. Qiyməti 3-5 manat arası olan eynəkdə keyfiyyətdən söz gedə bilməz. Ən yaxşı hal odur ki, həkim eynək seçimində məsləhətçi olsun. İstifadəçi üçün onun uzaq və ya yaxına korreksiya edilməsini həkim müəyyən etməlidir. Onu da deyim ki, istənilən göz üçün əks şüalardan ən yaxşı qoruyucu öz gözlərinin billurudur. Bu büllura sırf görünüş xatirinə keyfiyyətsiz eynəklərlə ziyan vermək düzgün deyil” .




İmza:

Əvəlikli umac şorbası-həm dadlı, həm faydalı

Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

Tanınmış cərrah Kamal Yusufov - 100

BDU-nun zəhərlənən tələbələrindən xəbər var

Həkim məsləhəti: ”Xaş yaxud Kəllə paça...”

Səhiyyə Nazirliyi bəzi dərmanlarla bağlı mənfi rəy, bəziləri ilə bağlı müaraciətə isə xitam verdi

Tələbə qızlara qəsd.. - Professordan şok açıqlama

Oqtay Şirəliyev tələbələrin müalicəsini nəzarətə götürdü

BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

Rəşad Mahmudov: “Hamı bu keçidin nəticəsini maraqla gözləyir”

Azərbaycanda yeni sayt fəaliyyətə başladı - “Sehhet.az”

Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK