adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyun 2019 17:22
15838
MƏMLƏKƏT
A- A+

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyi qeyd edilib

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında 4 iyun 2019-cu il tarixdə müasir Azərbaycanın qurucusu ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq, Azərbaycan xalqının milli sərvəti olan Ümummilli lider,dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolundan, ölkəyə rəhbərlik etdiyi dövrdə xalq üçün gördüyü titanik işlərdən danışaraq, məhz onun gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmasından bəhs etmişdir.

Tədbirdə çıxış edən yazıçı-publisist Əlisəfa Azayev son onilliklər ərzində ölkəmizin qət etdiyi çətin, lakin şərəfli yolun yalnız Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində tarixi həqiqətə çevrilməsindən danışmışdır.


Sor-sor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov Heydər Əliyev tərəfindən əsası qoyulan islahatlar, yeni neft istrategiyası, balanslaşdırılmış xarici siyasət konsepsiyası, ölkənin iqtisadi zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanması və daha da gücləndirilməsi xəttinin davam etdirilməsindən bəhs etmişdir.

Muzeyin əməkdaşı, publisist Tofiq Abdullayev və YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli çıxışlarında ümummilli liderin siyasətinin onun layiqli varisi prezident İlham Əliyev tərəfindən ləyaqətlə, müvəffəqiyyətlə inkişaf və davam etdirilməsindən bəhs edərək, hələ çox-çox illər bundan sonra da Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində yaradılmış yeni hüquqi sistemin bəhrəsini görəcəyimizi əminliklə qeyd etdilər.


Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən məqamları əsk etdirən video və foto çarxlar, ona həsr olunmuş mahnılar nümayiş etdirildi. Ümummilli liderin şəninə yazılmış şeiriləri həvəslə səsləndirən şagirdlərdən şəhər 1saylı tam orta məktəbin şagirdi Təranə Heydərova, 3 saylı tam orta məktəbin şagirdləri Toğrul Məmmədəliyev, Həcər Rəhimova, Zəhra Abdullayeva, Atakişili kənd tam orta məktəbin şagirdləri Sona Əliyeva, Böyükxanım İbrahimova, Natavan Kərimovanın ifaları alqışlarla qarşılandı.