adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Iyun 2019 17:20
78917
HÜQUQ
A- A+

Prokuror bibisinin keçmiş həyat yoldaşını öldürən şəxsə 14 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror A.Abbasovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin iyul ayında Şabran rayonunda A.Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin baş verməsinə tərəflər arasındakı şəxsi münaqişə səbəb olub. Belə ki, R.Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra ayrılıb. Sonradan Ağayəhyanın bibisi ikinci dəfə ailə qursa da müəyyən müddətdən sonra bu ailə həyatı da uğursuz alınıb və yenidən atasının evinə qayıdıb. Bundan sonra Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə qətlə yetirib.