adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bayramda ağıla ziyan suallar - Can Ataklı

10309 | 2019-06-04 14:50

Ramazanayı boyunca "pop xocalar”ın xalqdan gələn dini suallara verdikləri cavablarıekranlardan dinlədik və qəzetlərdən oxuduq. Məncə bu pop xocalar toplum üçünçox yararlıdırlar. Çünki milyonlarla insan gündəlik həyatında etdiklərinə dinibir təsdiq axtarır. Bu xocalar insanları rahatlığa qovuşdurmağa çalışırlar. Çoxvaxt ağıla gəlməyən suallara cavab verdilər. Amma mənə görə sualların şahı buidi:

Əgər cənnətədüşsəm, arvadım da cənnətlikdirtsə, o da yanımda olacaqmı?

Təbiiki, bu suallar da müdhiş idi:

Marsdakısuyla dəstəmaz almaq olarmı?

Boyalıdırnaqla dəstəmaz almaq olarmı?

Hər ilolduğu kimi "Saqqız çeynəmək orucu pozarmı? sualını yenə verdilər.

Həkimlərimizdə əvvəlki Ramazanlardakı havalarında idilər.

Tam 11ay "Uzun zaman ac qalmayın, tez-tez, amma az yeyin” deyə başımızın ətini yeyənhəkimlərimiz hər zamankı kimi Ramazanda "Budur, sağlam yaşamağın düsturu – oructut” dedilər.

MadamRamazan bitdi, bayram yetişdi, pop xocalarımıza mənim də suallarım var.

Əcəba,cavab verərlərmi? Və yaxud kitabda bu suallara aid nəsə taparlarmı? Bilmirəm...

Məsələn,"Dövlətin puluyla verilən iftar savab qazandırırmı?”.

Başdaprezident olmaqla dövlətin büdcəsindən, yəni bizim pulumuzdan hər gecə minlərləadama iftar verdilər. Bunun savabı yazılırmı? Yazılırsa, kimə yazılır?

Qaçaqmalsayılan su ilə alınan dəstəmazla namaz qılmaq olarmı?

Televizordadinlədiyim xocalardan biri bəllidir ki, canı çox yanıb, "Saxta adla sosial şəbəkədəpaylaşılan yalan, təhqir və iftiraları Allah görürmü? Hacı, sən buna cavab vere” deyirdi.

Sualları pulla alıb girdiyi imtahanı qazanan və iş tapan adamın maaşı halal sayılırmı? Bu da sizə 100 ballıq sual.

Həmişə mənə maraqlı gəlib. Biri üçün dua oxuduqdan sonra pul almaq caizdirmi? Bu pul halal sayılırmı?

Əli çirkli pullarla oynayan birinin namazı qəbul olurmu?

Fırıldaqla əldə edilən sərvət halaldırmı?

Hələ nə qədər suallım var, başınızı ağrıtmayım.

Yenə də bayramınız mübarək olsun!

Xoşuma gələn şeylər.

Kim yazıbsa, gözəl yazıb.

Sosial şəbəkədə kim bilir neçə dənə gəldi bu mesajdan.

Bəlli ki, hamı çox bəyənib.

Bəyənənlər də ən azı mənimlə yaşıddır.

Bir gənc atasından soruşur:

Siz əvvəllər necə yaşayırdınız?

Texnologiyaya əl çatmırdı.

Təyyarə yox idi.

İnternet yox idi.

Kompüter yox idi. Televizor yox idi. Kondisoner yox idi. Maşın yox idi. Mobil telefon yox idi.

Kişi cavab verir:

Sizin nəsil necə yaşayır bu gün?

Şəfqət yox, qürur yox, sayğı yox, xarakter yox, utanc hissi yox, təvazökarlıq yox, savad yox...

Biz 1940-80-ci illər arasında doğulanlar Tanrının sevgili qullarıyıq.

Həyatımızsa buna sübutdur.

Oynayarkən və ya velosiped sürərkən əsla kaska taxmadıq.

Məktəbdən sonra axşama qədər küçələrdə oynadıq.

Heç televizora baxmadıq.

İnternetdəki dostlarımızla yox, həqiqi dostlarımızda oynadıq.

Susadığımız zaman şüşədəki sulardan yox, krant suyu içdik.

Eyni stəkanı dörd dostumuzla paylaşdıq, amma xəstələnmədik.

Hər gün çox plov yediyimiz halda belə heç vaxt artıq çəki almadıq.

Ayağıyalın gəzsək də, heç vaxt ayaqlarımıza heç nə olmadı.

Anamız, atamız bizi qorumaq üçün heç vaxt əlavə qida, vitaminlər verməzdilər.

Ailəmiz zəngin deyildi.

Mobil telefonlarımız DVD-lərimiz oyun salonlarımız, XBOX-umuz, kompüterlərimiz, internet söhbətimiz olmadı, amma bizim həqiqi dostlarımız var idi.

Dostlarımızın evini dəvət olmadan istədiyimiz vaxt ziyarət edər və onlarla birlikdə əylənərək yemək yeyərdik. Sizin dünyanızdan çox fərqli olaraq bütün qohumlarla iç-içə yaşayar, aramızda bağlarımız sıx olardı. Çəkdiyimiz fotolar ağ-qara olsa da, rəngli xatirələrlə dolu olardı.

Biz özümüzə xas, anlayışlı bir nəsilik, çünki biz valideynlərinin dediklərinə əməl edən son nəsilik.

Sonrası da ki, uşaqlarını dinləyən və diqqətə alan ilk nəsilik.

Və sizin yaşınızda ikən əsla var olmayan bir texnologiyanı necə istifadə edəcəyimiz mövzusunda sizə yardımcı ola biləcək qədər ağıllı olan da bizik.

Bu səbəbdən bizdən keyf alın, bizdən öyrənin, biz xəzinəyik, dünyadan köçmədən əvvəl...

Hər şeyi və hər kəsi sevin.


Dilimizə çevirən Eminquey













TƏQVİM / ARXİV