viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bayramda ağıla ziyan suallar - Can Ataklı Adalet.az | Bayramda ağıla ziyan suallar - Can Ataklı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bayramda ağıla ziyan suallar - Can Ataklı

1972    |   2019-06-04 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ramazan ayı boyunca "pop xocalar”ın xalqdan gələn dini suallara verdikləri cavabları ekranlardan dinlədik və qəzetlərdən oxuduq. Məncə bu pop xocalar toplum üçün çox yararlıdırlar. Çünki milyonlarla insan gündəlik həyatında etdiklərinə dini bir təsdiq axtarır. Bu xocalar insanları rahatlığa qovuşdurmağa çalışırlar. Çox vaxt ağıla gəlməyən suallara cavab verdilər. Amma mənə görə sualların şahı bu idi:

Əgər cənnətə düşsəm, arvadım da cənnətlikdirtsə, o da yanımda olacaqmı?

Təbii ki, bu suallar da müdhiş idi:

Marsdakı suyla dəstəmaz almaq olarmı?

Boyalı dırnaqla dəstəmaz almaq olarmı?

Hər il olduğu kimi "Saqqız çeynəmək orucu pozarmı? sualını yenə verdilər.

Həkimlərimiz də əvvəlki Ramazanlardakı havalarında idilər.

Tam 11 ay "Uzun zaman ac qalmayın, tez-tez, amma az yeyin” deyə başımızın ətini yeyən həkimlərimiz hər zamankı kimi Ramazanda "Budur, sağlam yaşamağın düsturu – oruc tut” dedilər.

Madam Ramazan bitdi, bayram yetişdi, pop xocalarımıza mənim də suallarım var.

Əcəba, cavab verərlərmi? Və yaxud kitabda bu suallara aid nəsə taparlarmı? Bilmirəm...

Məsələn, "Dövlətin puluyla verilən iftar savab qazandırırmı?”.

Başda prezident olmaqla dövlətin büdcəsindən, yəni bizim pulumuzdan hər gecə minlərlə adama iftar verdilər. Bunun savabı yazılırmı? Yazılırsa, kimə yazılır?

Qaçaqmal sayılan su ilə alınan dəstəmazla namaz qılmaq olarmı?

Televizorda dinlədiyim xocalardan biri bəllidir ki, canı çox yanıb, "Saxta adla sosial şəbəkədə paylaşılan yalan, təhqir və iftiraları Allah görürmü? Hacı, sən buna cavab ver e” deyirdi.

Sualları pulla alıb girdiyi imtahanı qazanan və iş tapan adamın maaşı halal sayılırmı? Bu da sizə 100 ballıq sual.

Həmişə mənə maraqlı gəlib. Biri üçün dua oxuduqdan sonra pul almaq caizdirmi? Bu pul halal sayılırmı?

Əli çirkli pullarla oynayan birinin namazı qəbul olurmu?

Fırıldaqla əldə edilən sərvət halaldırmı?

Hələ nə qədər suallım var, başınızı ağrıtmayım.

Yenə də bayramınız mübarək olsun!

Xoşuma gələn şeylər.

Kim yazıbsa, gözəl yazıb.

Sosial şəbəkədə kim bilir neçə dənə gəldi bu mesajdan.

Bəlli ki, hamı çox bəyənib.

Bəyənənlər də ən azı mənimlə yaşıddır.

Bir gənc atasından soruşur:

Siz əvvəllər necə yaşayırdınız?

Texnologiyaya əl çatmırdı.

Təyyarə yox idi.

İnternet yox idi.

Kompüter yox idi. Televizor yox idi. Kondisoner yox idi. Maşın yox idi. Mobil telefon yox idi.

Kişi cavab verir:

Sizin nəsil necə yaşayır bu gün?

Şəfqət yox, qürur yox, sayğı yox, xarakter yox, utanc hissi yox, təvazökarlıq yox, savad yox...

Biz 1940-80-ci illər arasında doğulanlar Tanrının sevgili qullarıyıq.

Həyatımızsa buna sübutdur.

Oynayarkən və ya velosiped sürərkən əsla kaska taxmadıq.

Məktəbdən sonra axşama qədər küçələrdə oynadıq.

Heç televizora baxmadıq.

İnternetdəki dostlarımızla yox, həqiqi dostlarımızda oynadıq.

Susadığımız zaman şüşədəki sulardan yox, krant suyu içdik.

Eyni stəkanı dörd dostumuzla paylaşdıq, amma xəstələnmədik.

Hər gün çox plov yediyimiz halda belə heç vaxt artıq çəki almadıq.

Ayağıyalın gəzsək də, heç vaxt ayaqlarımıza heç nə olmadı.

Anamız, atamız bizi qorumaq üçün heç vaxt əlavə qida, vitaminlər verməzdilər.

Ailəmiz zəngin deyildi.

Mobil telefonlarımız DVD-lərimiz oyun salonlarımız, XBOX-umuz, kompüterlərimiz, internet söhbətimiz olmadı, amma bizim həqiqi dostlarımız var idi.

Dostlarımızın evini dəvət olmadan istədiyimiz vaxt ziyarət edər və onlarla birlikdə əylənərək yemək yeyərdik. Sizin dünyanızdan çox fərqli olaraq bütün qohumlarla iç-içə yaşayar, aramızda bağlarımız sıx olardı. Çəkdiyimiz fotolar ağ-qara olsa da, rəngli xatirələrlə dolu olardı.

Biz özümüzə xas, anlayışlı bir nəsilik, çünki biz valideynlərinin dediklərinə əməl edən son nəsilik.

Sonrası da ki, uşaqlarını dinləyən və diqqətə alan ilk nəsilik.

Və sizin yaşınızda ikən əsla var olmayan bir texnologiyanı necə istifadə edəcəyimiz mövzusunda sizə yardımcı ola biləcək qədər ağıllı olan da bizik.

Bu səbəbdən bizdən keyf alın, bizdən öyrənin, biz xəzinəyik, dünyadan köçmədən əvvəl...

Hər şeyi və hər kəsi sevin.


Dilimizə çevirən Eminquey















İmza:

YAZARIN ARXİVİ

2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
2019-09-02 : AKİF RÜSTƏMOV:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK