adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyun 2019 12:43
17870
SİYASƏT
A- A+

Əli Hüseynlinin komitəsi 4 sənədi müzakirə etdi

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.

Əvvəlcə "Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin "Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.

İclasda, həmçinin Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.