adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Iyun 2019 12:40
58532
MARAQLI
A- A+

TÜRK ŞAKASI

Ramazan bitdi. 

Hamının bayramı mübarək olsun! 

Bu bayramın dostluq, sevgi, barış və demokratiya, hüquq, insan haqlarını geri gətirməyini diləyirəm. Çoxları bilir, Bektaşinin lətifəsidir.

İxtiyar sahibi İmamdan soruşub ki, "Ramazanı çox sevirsən, elə deyilmi?” 

İmam tərəddüd etmədən cavab verib: "Əlbəttə ki. Heç elə şey olar ki, sevməyim?!” 

Bektaşi: Oruc tutmaq sizin üçün çox vacibdir, elə deyilmi? İmam "O nə sualdı?” deyə cavab verib. 

İxtiyar sahibi deyib: Ramazan ayı gəlsin deyə də çox dua edirsiniz, elə deyilmi? 

İmam bu dəfə hirslənib deyib: Sən nə danışırsan? Həddini bil...

Bektaşi: Sakit ol imam həzrətləri, madam ki, bu qədər çox sevirsiniz, gəlsin deyə dua edirsiniz, bəs, niyə Ramazan ayı qurtaranda bayram edirsiniz?