adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2019 10:59
17165
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİR DƏLİ ŞEİR...

Mən o , səsi duymayanda
Bu yay günü buzlayıram...
"Yar!" deməkdən doymayanda -
Ürəyimi duzlayıram...

Calayıram ahı , ünü
Elə bil heç calaq tutmur...
Calayıram ayı . günü -
Ürəyim onu unutmur!..

Nə daşlaşır , nə kül olur
Nə də barlanmır göyərib...
Göz önündə ürək solur -
Gözün yoxluğa öyrənib...

Mən nə qədər od, köz olum?-
Bir çınqım düşsün qəlbinə...
Gülüm, məni göz - göz olum -
Dözə bilmirəm səbrinə!..