adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Iyun 2019 17:30
11697
MƏMLƏKƏT
A- A+

Bağçada uşağı təhqir edən tərbiyəçi qovuldu, müdirə töhmət verildi - RƏSMİ

Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 331 saylı uşaq bağçasında qeydə alınan video geniş müzakirələrə səbəb olub. Videonun rezonans doğurmasının səbəbi müəllimə tərəfindən çəkilməsi və valideynlərin "WhatsApp" qrupuna səhvən atılmasıdır. Videoda müəllimənin şəkil çəkməsinə mane olan qızcığaz təhqir olunur.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq bağçasında müəllimənin uşaqları təhqir etməsini əks etdirən video yayıldıqdan sonra məsələ araşdırılıb:

"Hadisədən sonra Zığ qəsəbəsi 331 saylı bağçada 3 ildir çalışan tərbiyəçi Lalə Novruzova işdən azad olunub. Bağçanın müdirinə töhmət verilib”.